96) Ələq Surəsi
"Laxtalanmış qan" surəsi, 19 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ [٩٦:١]
1) Yaradan Rəbbinin adı ilə oxu!

خَلَقَ ٱلْإِنسَـٰنَ مِنْ عَلَقٍ [٩٦:٢]
2) O, insanı qan laxtasından yaratdı.

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ [٩٦:٣]
3) Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ [٩٦:٤]
4) O, qələmlə yazmağı öyrətdi.

عَلَّمَ ٱلْإِنسَـٰنَ مَا لَمْ يَعْلَمْ [٩٦:٥]
5) İnsana bilmədiklərini öyrətdi.

كَلَّآ إِنَّ ٱلْإِنسَـٰنَ لَيَطْغَىٰٓ [٩٦:٦]
6) Xeyr! İnsan, doğrudan da, həddini aşır –

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ [٩٦:٧]
7) özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ [٩٦:٨]
8) Axı son dönüşün Rəbbinədir!

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ [٩٦:٩]
9) Gördünmü o kəsi ki, mane olur –

عَبْدًا إِذَا صَلَّىٰٓ [٩٦:١٠]
10) bir bəndəyə namaz qıldığı zaman?

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ [٩٦:١١]
11) Söylə görək, əgər o bəndə doğru yoldadırsa,

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ [٩٦:١٢]
12) yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun?

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ [٩٦:١٣]
13) Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ [٩٦:١٤]
14) Məgər o bilmir ki, Allah görür?

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ [٩٦:١٥]
15) Xeyr! Əgər yaramaz əməlinə son qoymasa, Biz onun kəkilindən tutacağıq –

نَاصِيَةٍ كَـٰذِبَةٍ خَاطِئَةٍ [٩٦:١٦]
16) yalançı, günahkar kəkilindən.

فَلْيَدْعُ نَادِيَهُۥ [٩٦:١٧]
17) Qoy öz yığnağını çağırsın.

سَنَدْعُ ٱلزَّبَانِيَةَ [٩٦:١٨]
18) Biz də əzab mələklərini çağıracağıq.

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب [٩٦:١٩]۩
19) Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!