97) Qədr Surəsi
"Qədr gecəsi" surəsi, 5 ayə, Məkkədə nazil olub.
بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةِ ٱلْقَدْرِ [٩٧:١]
1) Həqiqətən, Biz Quranı Qədr gecəsində nazil etdik!

وَمَآ أَدْرَىٰكَ مَا لَيْلَةُ ٱلْقَدْرِ [٩٧:٢]
2) Sən haradan biləsən ki, Qədr gecəsi nədir?

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ [٩٧:٣]
3) Qədr gecəsi min aydan xeyirlidir.

تَنَزَّلُ ٱلْمَلَـٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ [٩٧:٤]
4) O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.

سَلَـٰمٌ هِىَ حَتَّىٰ مَطْلَعِ ٱلْفَجْرِ [٩٧:٥]
5) O gecə sübh açılanadək əmin-amanlıq olur.