95) Tin Surəsi
"Əncir" surəsi, 8 ayə, Məkkədə nazil olub.
بِّسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَٱلتِّينِ وَٱلزَّيْتُونِ [٩٥:١]
1) And olsun əncirə və zeytuna!

وَطُورِ سِينِينَ [٩٥:٢]
2) And olsun Sinay dağına!

وَهَـٰذَا ٱلْبَلَدِ ٱلْأَمِينِ [٩٥:٣]
3) And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِىٓ أَحْسَنِ تَقْوِيمٍ [٩٥:٤]
4) Biz insanı ən gözəl surətdə yaratdıq!

ثُمَّ رَدَدْنَـٰهُ أَسْفَلَ سَـٰفِلِينَ [٩٥:٥]
5) Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq.

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ [٩٥:٦]
6) İman gətirib xeyirxah işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafat hazırlanmışdır.

فَمَا يُكَذِّبُكَ بَعْدُ بِٱلدِّينِ [٩٥:٧]
7) Bundan sonra dini yalanlamağa səni nə məcbur edir?

أَلَيْسَ ٱللَّهُ بِأَحْكَمِ ٱلْحَـٰكِمِينَ [٩٥:٨]
8) Məgər Allah hakimlərin ən üstünü deyilmi?