94) Şərh Surəsi
"Açma" surəsi, 8 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ [٩٤:١]
1) Məgər Biz sənin üçün köksünü açmadıqmı?

وَوَضَعْنَا عَنكَ وِزْرَكَ [٩٤:٢]
2) Yükünü səndən götürmədikmi?

ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ [٩٤:٣]
3) Onlar belini bükürdü.

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ [٩٤:٤]
4) Biz adını sənə görə ucaltmadıqmı?

فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا [٩٤:٥]
5) Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.

إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا [٩٤:٦]
6) Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir.

فَإِذَا فَرَغْتَ فَٱنصَبْ [٩٤:٧]
7) İşlərini qurtaran kimi Allah yolunda çalış!

وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب [٩٤:٨]
8) Ancaq Rəbbinə üz tut!