93) Duha Surəsi
"Səhər" surəsi, 11 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَٱلضُّحَىٰ [٩٣:١]
1) And olsun səhərə!

وَٱلَّيْلِ إِذَا سَجَىٰ [٩٣:٢]
2) And olsun sakitləşən gecəyə!

مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ [٩٣:٣]
3) Rəbbin nə səni tərk etmişdi, nə də sənə acığı tutmuşdu.

وَلَلْءَاخِرَةُ خَيْرٌ لَّكَ مِنَ ٱلْأُولَىٰ [٩٣:٤]
4) Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.

وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰٓ [٩٣:٥]
5) Şübhəsiz ki, Rəbbin sənə nemət bəxş edəcək, sən də razı qalacaqsan.

أَلَمْ يَجِدْكَ يَتِيمًا فَـَٔاوَىٰ [٩٣:٦]
6) Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?

وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ [٩٣:٧]
7) Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?

وَوَجَدَكَ عَآئِلًا فَأَغْنَىٰ [٩٣:٨]
8) Kasıb olduğun zaman səni varlandırmadımı?

فَأَمَّا ٱلْيَتِيمَ فَلَا تَقْهَرْ [٩٣:٩]
9) Elə isə yetimə xor baxma!

وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ [٩٣:١٠]
10) Səndən kömək diləyəni qovma!

وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ [٩٣:١١]
11) Və Rəbbinin nemətindən danış.