92) Leyl Surəsi
"Gecə" surəsi, 21 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ [٩٢:١]
1) And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə!
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ [٩٢:٢]
2) And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə!
وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ [٩٢:٣]
3) And olsun kişini və qadını yaradana!
إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ [٩٢:٤]
4) Sizin can atdıqlarınız başqa-başqadır.
فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ [٩٢:٥]
5) Kim haqqını verir və Allahdan qorxursa,
وَصَدَّقَ بِٱلْحُسْنَىٰ [٩٢:٦]
6) və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,
فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ [٩٢:٧]
7) Biz onu ən asan olana nail edəcəyik.
وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ [٩٢:٨]
8) Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə
وَكَذَّبَ بِٱلْحُسْنَىٰ [٩٢:٩]
9) və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,
فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ [٩٢:١٠]
10) Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ [٩٢:١١]
11) Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.
إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ [٩٢:١٢]
12) Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ [٩٢:١٣]
13) Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ [٩٢:١٤]
14) Mən sizi alov saçan bir odla qorxutdum.
لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى [٩٢:١٥]
15) Ona ancaq ən bədbəxt kimsə girər.
ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ [٩٢:١٦]
16) O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى [٩٢:١٧]
17) Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.
ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ [٩٢:١٨]
18) O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.
وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍ تُجْزَىٰٓ [٩٢:١٩]
19) Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ [٩٢:٢٠]
20) O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər.
وَلَسَوْفَ يَرْضَىٰ [٩٢:٢١]
21) O, mütləq razı qalacaqdır!