91) Şəms Surəsi
"Günəş" surəsi, 15 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَٱلشَّمْسِ وَضُحَىٰهَا [٩١:١]
1) And olsun günəşə və onun saçdığı şəfəqə!

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا [٩١:٢]
2) And olsun ondan sonra zühur edən aya!

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا [٩١:٣]
3) And olsun günəşi açıqlığa çıxardan gündüzə!

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا [٩١:٤]
4) And olsun günəşi bürüyən gecəyə!

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا [٩١:٥]
5) And olsun göyə və onu qurana!

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا [٩١:٦]
6) And olsun yerə və onu döşəyənə!

وَنَفْسٍ وَمَا سَوَّىٰهَا [٩١:٧]
7) And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا [٩١:٨]
8) ona günahları və Allahdan qorxmağı təlqin edənə!

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا [٩١:٩]
9) Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا [٩١:١٠]
10) Onu günaha batıran isə ziyana uğramışdır.

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ [٩١:١١]
11) Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا [٩١:١٢]
12) Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَـٰهَا [٩١:١٣]
13) Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!”

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا [٩١:١٤]
14) Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.

وَلَا يَخَافُ عُقْبَـٰهَا [٩١:١٥]
15) Allah günahkarlara etdiyinin nəticəsindən çəkinməz!