90) Bələd Surəsi
"Şəhər" surəsi, 20 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ لَآ أُقْسِمُ بِهَـٰذَا ٱلْبَلَدِ [٩٠:١]
1) And içirəm bu şəhərə (Məkkəyə)!

وَأَنتَ حِلٌّۢ بِهَـٰذَا ٱلْبَلَدِ [٩٠:٢]
2) Sən də o şəhərin sakinisən.

وَوَالِدٍ وَمَا وَلَدَ [٩٠:٣]
3) And olsun valideynə və onun törəməsinə!

لَقَدْ خَلَقْنَا ٱلْإِنسَـٰنَ فِى كَبَدٍ [٩٠:٤]
4) Biz insanı çətinlik içində xəlq etdik.

أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ [٩٠:٥]
5) O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?

يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا [٩٠:٦]
6) O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”

أَيَحْسَبُ أَن لَّمْ يَرَهُۥٓ أَحَدٌ [٩٠:٧]
7) O, heç kəsin onu görməyəcəyinimi zənn edir?

أَلَمْ نَجْعَل لَّهُۥ عَيْنَيْنِ [٩٠:٨]
8) Məgər ona iki gözü Biz verməmişikmi?

وَلِسَانًا وَشَفَتَيْنِ [٩٠:٩]
9) Bir dillə iki dodaq verməmişikmi?

وَهَدَيْنَـٰهُ ٱلنَّجْدَيْنِ [٩٠:١٠]
10) Onu iki yoxuşlu yola yönəltmədikmi?

فَلَا ٱقْتَحَمَ ٱلْعَقَبَةَ [٩٠:١١]
11) O isə sərt yoxuşu aşmağa can atmadı.

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْعَقَبَةُ [٩٠:١٢]
12) Sən nə bilirsən ki, sərt yoxuş nədir?

فَكُّ رَقَبَةٍ [٩٠:١٣]
13) O, bir kölə azad etməkdir

أَوْ إِطْعَـٰمٌ فِى يَوْمٍ ذِى مَسْغَبَةٍ [٩٠:١٤]
14) və ya aclıq günündə möhtaca yemək verməkdir –

يَتِيمًا ذَا مَقْرَبَةٍ [٩٠:١٥]
15) qohumluq əlaqəsi çatan bir yetimə,

أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ [٩٠:١٦]
16) yaxud aclıqdan yerə uzanmış kasıba!

ثُمَّ كَانَ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَتَوَاصَوْا۟ بِٱلصَّبْرِ وَتَوَاصَوْا۟ بِٱلْمَرْحَمَةِ [٩٠:١٧]
17) Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.

أُو۟لَـٰٓئِكَ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ [٩٠:١٨]
18) Onlar sağ tərəf sahibləridir.

وَٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَـٰتِنَا هُمْ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ [٩٠:١٩]
19) Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.

عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌۢ [٩٠:٢٠]
20) Od onların üzərində qapanacaqdır.