89) Fəcr Surəsi
"Dan yeri" surəsi, 30 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلْفَجْرِ [٨٩:١]
1) And olsun dan yerinə!
وَلَيَالٍ عَشْرٍ [٨٩:٢]
2) And olsun on gecəyə!
وَٱلشَّفْعِ وَٱلْوَتْرِ [٨٩:٣]
3) And olsun cütə və təkə!
وَٱلَّيْلِ إِذَا يَسْرِ [٨٩:٤]
4) And olsun keçib getməkdə olan gecəyə!
هَلْ فِى ذَٰلِكَ قَسَمٌ لِّذِى حِجْرٍ [٨٩:٥]
5) Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ [٨٩:٦]
6) Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
إِرَمَ ذَاتِ ٱلْعِمَادِ [٨٩:٧]
7) sütunlar sahibi İrəm qəbiləsinə –
ٱلَّتِى لَمْ يُخْلَقْ مِثْلُهَا فِى ٱلْبِلَـٰدِ [٨٩:٨]
8) halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
وَثَمُودَ ٱلَّذِينَ جَابُوا۟ ٱلصَّخْرَ بِٱلْوَادِ [٨٩:٩]
9) Habelə vadidə qayaları yonan Səmud qövmünə?
وَفِرْعَوْنَ ذِى ٱلْأَوْتَادِ [٨٩:١٠]
10) Eləcə də sütunlar sahibi Firona?
ٱلَّذِينَ طَغَوْا۟ فِى ٱلْبِلَـٰدِ [٨٩:١١]
11) Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
فَأَكْثَرُوا۟ فِيهَا ٱلْفَسَادَ [٨٩:١٢]
12) çoxlu fitnə-fəsad törətmişdilər.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ [٨٩:١٣]
13) Rəbbin də onları əzabla qamçıladı.
إِنَّ رَبَّكَ لَبِٱلْمِرْصَادِ [٨٩:١٤]
14) Həqiqətən, sənin Rəbbin nəzarət edir.
فَأَمَّا ٱلْإِنسَـٰنُ إِذَا مَا ٱبْتَلَىٰهُ رَبُّهُۥ فَأَكْرَمَهُۥ وَنَعَّمَهُۥ فَيَقُولُ رَبِّىٓ أَكْرَمَنِ [٨٩:١٥]
15) İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
وَأَمَّآ إِذَا مَا ٱبْتَلَىٰهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُۥ فَيَقُولُ رَبِّىٓ أَهَـٰنَنِ [٨٩:١٦]
16) Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.
كَلَّا ۖ بَل لَّا تُكْرِمُونَ ٱلْيَتِيمَ [٨٩:١٧]
17) Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
وَلَا تَحَـٰٓضُّونَ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ [٨٩:١٨]
18) kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
وَتَأْكُلُونَ ٱلتُّرَاثَ أَكْلًا لَّمًّا [٨٩:١٩]
19) mirası hərisliklə yeyirsiniz,
وَتُحِبُّونَ ٱلْمَالَ حُبًّا جَمًّا [٨٩:٢٠]
20) var-dövləti də hərisliklə sevirsiniz.
كَلَّآ إِذَا دُكَّتِ ٱلْأَرْضُ دَكًّا دَكًّا [٨٩:٢١]
21) Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
وَجَآءَ رَبُّكَ وَٱلْمَلَكُ صَفًّا صَفًّا [٨٩:٢٢]
22) sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
وَجِا۟ىٓءَ يَوْمَئِذٍۭ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ وَأَنَّىٰ لَهُ ٱلذِّكْرَىٰ [٨٩:٢٣]
23) və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?
يَقُولُ يَـٰلَيْتَنِى قَدَّمْتُ لِحَيَاتِى [٨٩:٢٤]
24) O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir.
فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُۥٓ أَحَدٌ [٨٩:٢٥]
25) O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
وَلَا يُوثِقُ وَثَاقَهُۥٓ أَحَدٌ [٨٩:٢٦]
26) və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
يَـٰٓأَيَّتُهَا ٱلنَّفْسُ ٱلْمُطْمَئِنَّةُ [٨٩:٢٧]
27) O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!
ٱرْجِعِىٓ إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً [٨٩:٢٨]
28) Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
فَٱدْخُلِى فِى عِبَـٰدِى [٨٩:٢٩]
29) Mənim qullarımın cərgəsinə keç!
وَٱدْخُلِى جَنَّتِى [٨٩:٣٠]
30) Cənnətimə daxil ol!