88) Ğaşiyə Surəsi
"Bürüyən" surəsi, 26 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْغَـٰشِيَةِ [٨٨:١]
1) Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?
وُجُوهٌ يَوْمَئِذٍ خَـٰشِعَةٌ [٨٨:٢]
2) O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,
عَامِلَةٌ نَّاصِبَةٌ [٨٨:٣]
3) üzülüb əldən düşəcək,
تَصْلَىٰ نَارًا حَامِيَةً [٨٨:٤]
4) çox qızmar oda girəcək,
تُسْقَىٰ مِنْ عَيْنٍ ءَانِيَةٍ [٨٨:٥]
5) qaynar çeşmədən içirdiləcəkdir.
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ [٨٨:٦]
6) Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
لَّا يُسْمِنُ وَلَا يُغْنِى مِن جُوعٍ [٨٨:٧]
7) O onları nə doydurar, nə də aclıqdan xilas edər.
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ [٨٨:٨]
8) O gün neçəsinin üzündə fərəh görünəcək,
لِّسَعْيِهَا رَاضِيَةٌ [٨٨:٩]
9) dünyadakı səylərindən məmnun qalacaq,
فِى جَنَّةٍ عَالِيَةٍ [٨٨:١٠]
10) uca Cənnətdə olacaq,
لَّا تَسْمَعُ فِيهَا لَـٰغِيَةً [٨٨:١١]
11) orada faydasız söz eşitməyəcəkdir.
فِيهَا عَيْنٌ جَارِيَةٌ [٨٨:١٢]
12) Orada axar çeşmələr vardır;
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ [٨٨:١٣]
13) Orada hündür taxtlar,
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ [٨٨:١٤]
14) düzülmüş piyalələr,
وَنَمَارِقُ مَصْفُوفَةٌ [٨٨:١٥]
15) yan-yana qoyulmuş yastıqlar,
وَزَرَابِىُّ مَبْثُوثَةٌ [٨٨:١٦]
16) və döşəmələrə sərilmiş xalçalar vardır.
أَفَلَا يَنظُرُونَ إِلَى ٱلْإِبِلِ كَيْفَ خُلِقَتْ [٨٨:١٧]
17) Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
وَإِلَى ٱلسَّمَآءِ كَيْفَ رُفِعَتْ [٨٨:١٨]
18) Göyün necə yüksəldiyini görmürlər?
وَإِلَى ٱلْجِبَالِ كَيْفَ نُصِبَتْ [٨٨:١٩]
19) Dağların necə sancıldığını görmürlər?
وَإِلَى ٱلْأَرْضِ كَيْفَ سُطِحَتْ [٨٨:٢٠]
20) Yerin necə döşədildiyini görmürlər?
فَذَكِّرْ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ [٨٨:٢١]
21) Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ [٨٨:٢٢]
22) Sən onların üstündə hökmdar deyilsən.
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ [٨٨:٢٣]
23) Lakin üz döndərib küfr edəni,
فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلْعَذَابَ ٱلْأَكْبَرَ [٨٨:٢٤]
24) Allah ən şiddətli əzabla cəzalandırar.
إِنَّ إِلَيْنَآ إِيَابَهُمْ [٨٨:٢٥]
25) Şübhəsiz ki, onların dönüşü Bizədir.
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم [٨٨:٢٦]
26) Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.