87) Əla Surəsi
"Ən Uca" surəsi, 19 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
۞
سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى [٨٧:١]
1) Ən Uca Rəbbinin adına təriflər de!
ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ [٨٧:٢]
2) O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ [٨٧:٣]
3) O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi;
وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ [٨٧:٤]
4) O Rəbbin ki, otlağı cücərtdi,
فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ [٨٧:٥]
5) sonra da qaralmış samana çevirdi.
سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ [٨٧:٦]
6) Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ [٨٧:٧]
7) Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ [٨٧:٨]
8) Səni ən asan olana müvəffəq edərik.
فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ [٨٧:٩]
9) Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
سَيَذَّكَّرُ مَن يَخْشَىٰ [٨٧:١٠]
10) Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى [٨٧:١١]
11) Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ [٨٧:١٢]
12) O kimsə ki, Cəhənnəmə atılacaq,
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ [٨٧:١٣]
13) O orada nə öləcək, nə də yaşaya biləcəkdir.
قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ [٨٧:١٤]
14) Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ [٨٧:١٥]
15) O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا [٨٧:١٦]
16) Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
وَٱلْءَاخِرَةُ خَيْرٌ وَأَبْقَىٰٓ [٨٧:١٧]
17) Axirət isə daha xeyirli və daha sürəklidir.
إِنَّ هَـٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ [٨٧:١٨]
18) Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ [٨٧:١٩]
19) İbrahimin və Musanın səhifələrində.