86) Tariq Surəsi
"Gecə yolçusu" surəsi, 17 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ [٨٦:١]
1) And olsun səmaya və gecə yolçusuna!
وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ [٨٦:٢]
2) Sən nə bilirsən ki, gecə yolçusu nədir?
ٱلنَّجْمُ ٱلثَّاقِبُ [٨٦:٣]
3) Bu, qaranlıqları dəlib keçən ulduzdur.
إِن كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌ [٨٦:٤]
4) Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
فَلْيَنظُرِ ٱلْإِنسَـٰنُ مِمَّ خُلِقَ [٨٦:٥]
5) Qoy insan nədən yaradıldığına bir baxsın!
خُلِقَ مِن مَّآءٍ دَافِقٍ [٨٦:٦]
6) O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ [٨٦:٧]
7) Bu maye bel və köks sümükləri arasından çıxır.
إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌ [٨٦:٨]
8) Şübhəsiz ki, Allah onu dirildib qaytarmağa qadirdir.
يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ [٨٦:٩]
9) Sirlərin sınaqdan keçiriləcəyi gün,
فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ [٨٦:١٠]
10) onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ [٨٦:١١]
11) And olsun yağmurla qayıdan göyə!
وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ [٨٦:١٢]
12) And olsun növbənöv bitkilərlə yarılan yerə!
إِنَّهُۥ لَقَوْلٌ فَصْلٌ [٨٦:١٣]
13) Həqiqətən, bu, haqqı batildən ayırd edən bir kəlamdır.
وَمَا هُوَ بِٱلْهَزْلِ [٨٦:١٤]
14) O, əyləncə də deyildir.
إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا [٨٦:١٥]
15) Həqiqətən, kafirlər hiylə qururlar.
وَأَكِيدُ كَيْدًا [٨٦:١٦]
16) Mən də hiylə qururam.
فَمَهِّلِ ٱلْكَـٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا [٨٦:١٧]
17) Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.