85) Buruc Surəsi
"Bürclər" surəsi, 22 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ [٨٥:١]
1) And olsun bürclü göyə!
وَٱلْيَوْمِ ٱلْمَوْعُودِ [٨٥:٢]
2) And olsun vədə verilmiş günə!
وَشَاهِدٍ وَمَشْهُودٍ [٨٥:٣]
3) And olsun şahidlik edənə və edilənə!
قُتِلَ أَصْحَـٰبُ ٱلْأُخْدُودِ [٨٥:٤]
4) Məhv olsun xəndək kənarında yığışanlar!
ٱلنَّارِ ذَاتِ ٱلْوَقُودِ [٨٥:٥]
5) Odunla alışdırılmış xəndək.
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ [٨٥:٦]
6) Onlar o xəndəyin qırağında oturub,
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِٱلْمُؤْمِنِينَ شُهُودٌ [٨٥:٧]
7) möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər.
وَمَا نَقَمُوا۟ مِنْهُمْ إِلَّآ أَن يُؤْمِنُوا۟ بِٱللَّهِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ [٨٥:٨]
8) Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
ٱلَّذِى لَهُۥ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدٌ [٨٥:٩]
9) Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
إِنَّ ٱلَّذِينَ فَتَنُوا۟ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ ثُمَّ لَمْ يَتُوبُوا۟ فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ ٱلْحَرِيقِ [٨٥:١٠]
10) O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ جَنَّـٰتٌ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْكَبِيرُ [٨٥:١١]
11) Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir.
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ [٨٥:١٢]
12) Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir!
إِنَّهُۥ هُوَ يُبْدِئُ وَيُعِيدُ [٨٥:١٣]
13) Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir!
وَهُوَ ٱلْغَفُورُ ٱلْوَدُودُ [٨٥:١٤]
14) Bağışlayan da, Sevən də Odur!
ذُو ٱلْعَرْشِ ٱلْمَجِيدُ [٨٥:١٥]
15) Ərşin sahibidir, Şan-şöhrətlidir!
فَعَّالٌ لِّمَا يُرِيدُ [٨٥:١٦]
16) İstədiyini edəndir.
هَلْ أَتَىٰكَ حَدِيثُ ٱلْجُنُودِ [٨٥:١٧]
17) Qoşunlar haqqında əhvalat sənə çatıbmı?
فِرْعَوْنَ وَثَمُودَ [٨٥:١٨]
18) Firon və Səmud qoşunlarının.
بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ فِى تَكْذِيبٍ [٨٥:١٩]
19) Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar.
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطٌۢ [٨٥:٢٠]
20) Allah onları arxadan əhatə etmişdir.
بَلْ هُوَ قُرْءَانٌ مَّجِيدٌ [٨٥:٢١]
21) Bəli, bu şanlı Qurandır.
فِى لَوْحٍ مَّحْفُوظٍۭ [٨٥:٢٢]
22) O, mühafizə edilən lövhədədir.