84) İnşiqaq Surəsi
"Yarılma" surəsi, 25 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتْ [٨٤:١]
1) Göy yarılacağı

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ [٨٤:٢]
2) və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

وَإِذَا ٱلْأَرْضُ مُدَّتْ [٨٤:٣]
3) Yer dümdüz ediləcəyi,

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ [٨٤:٤]
4) içindəkiləri kənara atıb boşalacağı

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ [٨٤:٥]
5) və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَـٰقِيهِ [٨٤:٦]
6) Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ [٨٤:٧]
7) Kimin kitabı sağ əlinə veriləcəksə,

فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا [٨٤:٨]
8) o, yüngül sorğu-suala tutulacaq

وَيَنقَلِبُ إِلَىٰٓ أَهْلِهِۦ مَسْرُورًا [٨٤:٩]
9) və sevincək öz ailəsinə qayıdacaqdır!

وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ وَرَآءَ ظَهْرِهِۦ [٨٤:١٠]
10) Kimin kitabı arxa tərəfindən veriləcəksə,

فَسَوْفَ يَدْعُوا۟ ثُبُورًا [٨٤:١١]
11) o özünə ölüm diləyəcək

وَيَصْلَىٰ سَعِيرًا [٨٤:١٢]
12) və alovlu oda atılacaqdır!

إِنَّهُۥ كَانَ فِىٓ أَهْلِهِۦ مَسْرُورًا [٨٤:١٣]
13) Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi

إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ [٨٤:١٤]
14) və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.

بَلَىٰٓ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًا [٨٤:١٥]
15) Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

فَلَآ أُقْسِمُ بِٱلشَّفَقِ [٨٤:١٦]
16) And içirəm şəfəqə,

وَٱلَّيْلِ وَمَا وَسَقَ [٨٤:١٧]
17) gecəyə və onun ağuşuna aldıqlarına,

وَٱلْقَمَرِ إِذَا ٱتَّسَقَ [٨٤:١٨]
18) bədirlənmiş on dörd gecəlik aya!

لَتَرْكَبُنَّ طَبَقًا عَن طَبَقٍ [٨٤:١٩]
19) Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ [٨٤:٢٠]
20) Onlara nə olub ki, iman gətirmirlər

۩ وَإِذَا قُرِئَ عَلَيْهِمُ ٱلْقُرْءَانُ لَا يَسْجُدُونَ [٨٤:٢١]
21) və onlara Quran oxunduqda səcdə etmirlər?

بَلِ ٱلَّذِينَ كَفَرُوا۟ يُكَذِّبُونَ [٨٤:٢٢]
22) Əksinə, küfr edənlər haqqı yalan sayırlar.

وَٱللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ [٨٤:٢٣]
23) Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ [٨٤:٢٤]
24) Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,

إِلَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍۭ [٨٤:٢٥]
25) iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.