83) Mutaffifin Surəsi
"Çəkidə və ölçüdə aldadanlar" surəsi, 36 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَيْلٌ لِّلْمُطَفِّفِينَ [٨٣:١]
1) Çəkidə və ölçüdə aldadanların vay halına!

ٱلَّذِينَ إِذَا ٱكْتَالُوا۟ عَلَى ٱلنَّاسِ يَسْتَوْفُونَ [٨٣:٢]
2) O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər,

وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ [٨٣:٣]
3) onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar.

أَلَا يَظُنُّ أُو۟لَـٰٓئِكَ أَنَّهُم مَّبْعُوثُونَ [٨٣:٤]
4) Onlar dirildiləcəklərini fikirləşmirlərmi?

لِيَوْمٍ عَظِيمٍ [٨٣:٥]
5) Həm də əzəmətli bir gündə.

يَوْمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلْعَـٰلَمِينَ [٨٣:٦]
6) O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.

كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْفُجَّارِ لَفِى سِجِّينٍ [٨٣:٧]
7) Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.

وَمَآ أَدْرَىٰكَ مَا سِجِّينٌ [٨٣:٨]
8) Sən haradan biləsən ki, Siccin nədir?!

كِتَـٰبٌ مَّرْقُومٌ [٨٣:٩]
9) O, yazılı bir kitabdır!

وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٨٣:١٠]
10) O gün haqqı yalan hesab edənlərin vay halına!

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوْمِ ٱلدِّينِ [٨٣:١١]
11) O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعْتَدٍ أَثِيمٍ [٨٣:١٢]
12) Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ [٨٣:١٣]
13) Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!”– deyir.

كَلَّا ۖ بَلْ ۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُوا۟ يَكْسِبُونَ [٨٣:١٤]
14) Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür.

كَلَّآ إِنَّهُمْ عَن رَّبِّهِمْ يَوْمَئِذٍ لَّمَحْجُوبُونَ [٨٣:١٥]
15) Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!

ثُمَّ إِنَّهُمْ لَصَالُوا۟ ٱلْجَحِيمِ [٨٣:١٦]
16) Sonra onlar Cəhənnəmə girəcəklər

ثُمَّ يُقَالُ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ [٨٣:١٧]
17) və onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!”

كَلَّآ إِنَّ كِتَـٰبَ ٱلْأَبْرَارِ لَفِى عِلِّيِّينَ [٨٣:١٨]
18) Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!

وَمَآ أَدْرَىٰكَ مَا عِلِّيُّونَ [٨٣:١٩]
19) Sən haradan biləsən ki, İlliyyun nədir?!

كِتَـٰبٌ مَّرْقُومٌ [٨٣:٢٠]
20) O, elə bir yazılı kitabdır ki,

يَشْهَدُهُ ٱلْمُقَرَّبُونَ [٨٣:٢١]
21) onu yalnız Allaha yaxın olanlar görürlər!

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ [٨٣:٢٢]
22) Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ [٨٣:٢٣]
23) Onlar taxtlar üstündə seyrə dalacaqlar.

تَعْرِفُ فِى وُجُوهِهِمْ نَضْرَةَ ٱلنَّعِيمِ [٨٣:٢٤]
24) Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.

يُسْقَوْنَ مِن رَّحِيقٍ مَّخْتُومٍ [٨٣:٢٥]
25) Onlara möhürlü şərabdan içirdiləcəkdir.

خِتَـٰمُهُۥ مِسْكٌ ۚ وَفِى ذَ‌ٰلِكَ فَلْيَتَنَافَسِ ٱلْمُتَنَـٰفِسُونَ [٨٣:٢٦]
26) Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!

وَمِزَاجُهُۥ مِن تَسْنِيمٍ [٨٣:٢٧]
27) Onun qatışığı isə təsnim bulağındandır.

عَيْنًا يَشْرَبُ بِهَا ٱلْمُقَرَّبُونَ [٨٣:٢٨]
28) O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.

إِنَّ ٱلَّذِينَ أَجْرَمُوا۟ كَانُوا۟ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ يَضْحَكُونَ [٨٣:٢٩]
29) Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,

وَإِذَا مَرُّوا۟ بِهِمْ يَتَغَامَزُونَ [٨٣:٣٠]
30) onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

وَإِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمُ ٱنقَلَبُوا۟ فَكِهِينَ [٨٣:٣١]
31) öz ailələrinin yanına fərəhlə qayıdırdılar,

وَإِذَا رَأَوْهُمْ قَالُوٓا۟ إِنَّ هَـٰٓؤُلَآءِ لَضَآلُّونَ [٨٣:٣٢]
32) möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”

وَمَآ أُرْسِلُوا۟ عَلَيْهِمْ حَـٰفِظِينَ [٨٣:٣٣]
33) Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.

فَٱلْيَوْمَ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنَ ٱلْكُفَّارِ يَضْحَكُونَ [٨٣:٣٤]
34) Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.

عَلَى ٱلْأَرَآئِكِ يَنظُرُونَ [٨٣:٣٥]
35) Onlar taxtlar üstündə ətrafa baxacaqlar.

هَلْ ثُوِّبَ ٱلْكُفَّارُ مَا كَانُوا۟ يَفْعَلُونَ [٨٣:٣٦]
36) Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!