82) İnfitar Surəsi
"Parçalanma" surəsi, 19 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ إِذَا ٱلسَّمَآءُ ٱنفَطَرَتْ [٨٢:١]
1) Göy parçalanacağı zaman,

وَإِذَا ٱلْكَوَاكِبُ ٱنتَثَرَتْ [٨٢:٢]
2) ulduzlar səpələnəcəyi zaman,

وَإِذَا ٱلْبِحَارُ فُجِّرَتْ [٨٢:٣]
3) dənizlər daşıb bir-birinə qarışacağı zaman,

وَإِذَا ٱلْقُبُورُ بُعْثِرَتْ [٨٢:٤]
4) qəbirlər çevriləcəyi zaman,

عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ [٨٢:٥]
5) hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.

يَـٰٓأَيُّهَا ٱلْإِنسَـٰنُ مَا غَرَّكَ بِرَبِّكَ ٱلْكَرِيمِ [٨٢:٦]
6) Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?

ٱلَّذِى خَلَقَكَ فَسَوَّىٰكَ فَعَدَلَكَ [٨٢:٧]
7) O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.

فِىٓ أَىِّ صُورَةٍ مَّا شَآءَ رَكَّبَكَ [٨٢:٨]
8) Səni istədiyi şəklə saldı.

كَلَّا بَلْ تُكَذِّبُونَ بِٱلدِّينِ [٨٢:٩]
9) Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!

وَإِنَّ عَلَيْكُمْ لَحَـٰفِظِينَ [٨٢:١٠]
10) Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –

كِرَامًا كَـٰتِبِينَ [٨٢:١١]
11) çox möhtərəm, əməllərinizi yazanlar.

يَعْلَمُونَ مَا تَفْعَلُونَ [٨٢:١٢]
12) Onlar sizin nə etdiklərinizi bilirlər.

إِنَّ ٱلْأَبْرَارَ لَفِى نَعِيمٍ [٨٢:١٣]
13) Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.

وَإِنَّ ٱلْفُجَّارَ لَفِى جَحِيمٍ [٨٢:١٤]
14) Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.

يَصْلَوْنَهَا يَوْمَ ٱلدِّينِ [٨٢:١٥]
15) Onlar ora Haqq-hesab günü girəcəklər.

وَمَا هُمْ عَنْهَا بِغَآئِبِينَ [٨٢:١٦]
16) Onlar əsla ondan yayına bilməyəcəklər.

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ [٨٢:١٧]
17) Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

ثُمَّ مَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلدِّينِ [٨٢:١٨]
18) Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِّنَفْسٍ شَيْـًٔا ۖ وَٱلْأَمْرُ يَوْمَئِذٍ لِّلَّهِ [٨٢:١٩]
19) O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!