81) Təkvir Surəsi
"Sarınma" surəsi, 29 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ [٨١:١]
1) Günəş sarınacağı zaman,

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ [٨١:٢]
2) ulduzlar soluxub sönəcəyi zaman,

وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ [٨١:٣]
3) dağlar hərəkətə gətiriləcəyi zaman,

وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ [٨١:٤]
4) boğaz dəvələr başlı-başına qalacaqları zaman,

وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ [٨١:٥]
5) vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,

وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ [٨١:٦]
6) dənizlər alovlanacağı zaman,

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ [٨١:٧]
7) hər kəs öz tayına qovuşdurulacağı zaman,

وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ [٨١:٨]
8) diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –

بِأَىِّ ذَنۢبٍ قُتِلَتْ [٨١:٩]
9) hansı günaha görə öldürülmüşdür;

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ [٨١:١٠]
10) səhifələr açılacağı zaman,

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ [٨١:١١]
11) göy qopardılacağı zaman,

وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ [٨١:١٢]
12) Cəhənnəm alovlandırılacağı zaman

وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ [٨١:١٣]
13) və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,

عَلِمَتْ نَفْسٌ مَّآ أَحْضَرَتْ [٨١:١٤]
14) hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.

فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ [٨١:١٥]
15) And içirəm gecə çıxıb gündüz batan ulduzlara,

ٱلْجَوَارِ ٱلْكُنَّسِ [٨١:١٦]
16) seyrə çıxıb gizlənən səyyarələrə,

وَٱلَّيْلِ إِذَا عَسْعَسَ [٨١:١٧]
17) qaralmaqda olan gecəyə,

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ [٨١:١٨]
18) və açılmaqda olan səhərə!

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [٨١:١٩]
19) Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.

ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍ [٨١:٢٠]
20) O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,

مُّطَاعٍ ثَمَّ أَمِينٍ [٨١:٢١]
21) orada itaət ediləndir, etibarlıdır.

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍ [٨١:٢٢]
22) Sizin dostunuz Muhəmməd divanə deyildir.

وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ [٨١:٢٣]
23) O, Cəbraili aydın üfüqdə gördü.

وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍ [٨١:٢٤]
24) O, qeybdən də xəsislik edən deyildir.

وَمَا هُوَ بِقَوْلِ شَيْطَـٰنٍ رَّجِيمٍ [٨١:٢٥]
25) Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.

فَأَيْنَ تَذْهَبُونَ [٨١:٢٦]
26) Elə isə ondan üz döndərib hara gedirsiniz?

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ [٨١:٢٧]
27) Bu, aləmlərə yalnız bir nəsihətdir –

لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ [٨١:٢٨]
28) sizlərdən doğru yolda olmaq istəyənlər üçün.

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَـٰلَمِينَ [٨١:٢٩]
29) Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!