79) Nəziət Surəsi
"Can alanlar" surəsi, 46 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلنَّـٰزِعَـٰتِ غَرْقًا [٧٩:١]
1) And olsun kafirlərin canını zorla alanlara!
وَٱلنَّـٰشِطَـٰتِ نَشْطًا [٧٩:٢]
2) And olsun möminlərin canını rahatlıqla alanlara!
وَٱلسَّـٰبِحَـٰتِ سَبْحًا [٧٩:٣]
3) And olsun göydə üzdükcə üzənlərə!
فَٱلسَّـٰبِقَـٰتِ سَبْقًا [٧٩:٤]
4) And olsun ötdükcə ötənlərə!
فَٱلْمُدَبِّرَٰتِ أَمْرًا [٧٩:٥]
5) And olsun buyruqları yerinə yetirənlərə!
يَوْمَ تَرْجُفُ ٱلرَّاجِفَةُ [٧٩:٦]
6) O gün lərzəyə gələn lərzələnəcək,
تَتْبَعُهَا ٱلرَّادِفَةُ [٧٩:٧]
7) onun ardınca təkrar lərzələnəcək.
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ [٧٩:٨]
8) Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.
أَبْصَـٰرُهَا خَـٰشِعَةٌ [٧٩:٩]
9) Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.
يَقُولُونَ أَءِنَّا لَمَرْدُودُونَ فِى ٱلْحَافِرَةِ [٧٩:١٠]
10) Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?
أَءِذَا كُنَّا عِظَـٰمًا نَّخِرَةً [٧٩:١١]
11) Sümüklərimiz çürüdükdən sonra?”
قَالُوا۟ تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ [٧٩:١٢]
12) Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
فَإِنَّمَا هِىَ زَجْرَةٌ وَٰحِدَةٌ [٧٩:١٣]
13) O surun üfürülməsi təkcə qorxunc bir səsdir.
فَإِذَا هُم بِٱلسَّاهِرَةِ [٧٩:١٤]
14) O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.
هَلْ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ [٧٩:١٥]
15) Musanın hadisəsi sənə yetişdimi?
إِذْ نَادَىٰهُ رَبُّهُۥ بِٱلْوَادِ ٱلْمُقَدَّسِ طُوًى [٧٩:١٦]
16) O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
ٱذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُۥ طَغَىٰ [٧٩:١٧]
17) “Fironun yanına yollan! O, həddini çox aşmışdır.
فَقُلْ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ [٧٩:١٨]
18) De: “Günahlardan xilas olmaq istəyirsənmi?
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ [٧٩:١٩]
19) Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”
فَأَرَىٰهُ ٱلْءَايَةَ ٱلْكُبْرَىٰ [٧٩:٢٠]
20) Musa ən böyük möcüzəni Firona göstərdi.
فَكَذَّبَ وَعَصَىٰ [٧٩:٢١]
21) O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ [٧٩:٢٢]
22) Sonra da üz döndərib fəsad törətməyə girişdi.
فَحَشَرَ فَنَادَىٰ [٧٩:٢٣]
23) O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək
فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلْأَعْلَىٰ [٧٩:٢٤]
24) dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلْءَاخِرَةِ وَٱلْأُولَىٰٓ [٧٩:٢٥]
25) Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
إِنَّ فِى ذَٰلِكَ لَعِبْرَةً لِّمَن يَخْشَىٰٓ [٧٩:٢٦]
26) Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.
ءَأَنتُمْ أَشَدُّ خَلْقًا أَمِ ٱلسَّمَآءُ ۚ بَنَىٰهَا [٧٩:٢٧]
27) Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,
رَفَعَ سَمْكَهَا فَسَوَّىٰهَا [٧٩:٢٨]
28) onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَىٰهَا [٧٩:٢٩]
29) gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.
وَٱلْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَىٰهَآ [٧٩:٣٠]
30) Sonra yeri döşəyib,
أَخْرَجَ مِنْهَا مَآءَهَا وَمَرْعَىٰهَا [٧٩:٣١]
31) onda su və otlaq yaratdı,
وَٱلْجِبَالَ أَرْسَىٰهَا [٧٩:٣٢]
32) dağları da yerə bərkitdi.
مَتَـٰعًا لَّكُمْ وَلِأَنْعَـٰمِكُمْ [٧٩:٣٣]
33) Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلْكُبْرَىٰ [٧٩:٣٤]
34) Ən böyük fəlakətin gəldiyi zaman –
يَوْمَ يَتَذَكَّرُ ٱلْإِنسَـٰنُ مَا سَعَىٰ [٧٩:٣٥]
35) o gün insan törətdiklərini xatırlayacaqdır.
وَبُرِّزَتِ ٱلْجَحِيمُ لِمَن يَرَىٰ [٧٩:٣٦]
36) Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.
فَأَمَّا مَن طَغَىٰ [٧٩:٣٧]
37) Kim həddi aşmışsa,
وَءَاثَرَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا [٧٩:٣٨]
38) dünya həyatını axirətdən üstün bilmişsə,
فَإِنَّ ٱلْجَحِيمَ هِىَ ٱلْمَأْوَىٰ [٧٩:٣٩]
39) həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفْسَ عَنِ ٱلْهَوَىٰ [٧٩:٤٠]
40) Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
فَإِنَّ ٱلْجَنَّةَ هِىَ ٱلْمَأْوَىٰ [٧٩:٤١]
41) həqiqətən, Cənnət onun məskəni olacaq.
يَسْـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرْسَىٰهَا [٧٩:٤٢]
42) Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar.
فِيمَ أَنتَ مِن ذِكْرَىٰهَآ [٧٩:٤٣]
43) Axı sən onu haradan biləsən?!
إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ [٧٩:٤٤]
44) Onu kamil bilmək sənin Rəbbinə aiddir.
إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخْشَىٰهَا [٧٩:٤٥]
45) Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوٓا۟ إِلَّا عَشِيَّةً أَوْ ضُحَىٰهَا [٧٩:٤٦]
46) Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!