69) Həqqa Surəsi
"Haqq olan" surəsi, 52 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ ٱلْحَآقَّةُ [٦٩:١]
1) Haqq olan Qiyamət!

مَا ٱلْحَآقَّةُ [٦٩:٢]
2) Nədir haqq olan Qiyamət?

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحَآقَّةُ [٦٩:٣]
3) Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?

كَذَّبَتْ ثَمُودُ وَعَادٌۢ بِٱلْقَارِعَةِ [٦٩:٤]
4) Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.

فَأَمَّا ثَمُودُ فَأُهْلِكُوا۟ بِٱلطَّاغِيَةِ [٦٩:٥]
5) Səmud tayfası qorxunc bir səslə məhv edildi.

وَأَمَّا عَادٌ فَأُهْلِكُوا۟ بِرِيحٍ صَرْصَرٍ عَاتِيَةٍ [٦٩:٦]
6) Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.

سَخَّرَهَا عَلَيْهِمْ سَبْعَ لَيَالٍ وَثَمَـٰنِيَةَ أَيَّامٍ حُسُومًا فَتَرَى ٱلْقَوْمَ فِيهَا صَرْعَىٰ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ خَاوِيَةٍ [٦٩:٧]
7) Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.

فَهَلْ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ [٦٩:٨]
8) Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?

وَجَآءَ فِرْعَوْنُ وَمَن قَبْلَهُۥ وَٱلْمُؤْتَفِكَـٰتُ بِٱلْخَاطِئَةِ [٦٩:٩]
9) Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.

فَعَصَوْا۟ رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَّابِيَةً [٦٩:١٠]
10) Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ حَمَلْنَـٰكُمْ فِى ٱلْجَارِيَةِ [٦٩:١١]
11) Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.

لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَ‌ٰعِيَةٌ [٦٩:١٢]
12) Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ نَفْخَةٌ وَ‌ٰحِدَةٌ [٦٩:١٣]
13) Sur bircə dəfə üfürüləcəyi,

وَحُمِلَتِ ٱلْأَرْضُ وَٱلْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَ‌ٰحِدَةً [٦٩:١٤]
14) yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

فَيَوْمَئِذٍ وَقَعَتِ ٱلْوَاقِعَةُ [٦٩:١٥]
15) həmin gün Vaqiə qopacaq.

وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِىَ يَوْمَئِذٍ وَاهِيَةٌ [٦٩:١٦]
16) Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

وَٱلْمَلَكُ عَلَىٰٓ أَرْجَآئِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَـٰنِيَةٌ [٦٩:١٧]
17) Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.

يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنكُمْ خَافِيَةٌ [٦٩:١٨]
18) O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

فَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُوا۟ كِتَـٰبِيَهْ [٦٩:١٩]
19) Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!

إِنِّى ظَنَنتُ أَنِّى مُلَـٰقٍ حِسَابِيَهْ [٦٩:٢٠]
20) Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.

فَهُوَ فِى عِيشَةٍ رَّاضِيَةٍ [٦٩:٢١]
21) O, xoşbəxt həyat sürəcəkdir –

فِى جَنَّةٍ عَالِيَةٍ [٦٩:٢٢]
22) uca bir Cənnətdə –

قُطُوفُهَا دَانِيَةٌ [٦٩:٢٣]
23) elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَآ أَسْلَفْتُمْ فِى ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ [٦٩:٢٤]
24) Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir

وَأَمَّا مَنْ أُوتِىَ كِتَـٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَـٰلَيْتَنِى لَمْ أُوتَ كِتَـٰبِيَهْ [٦٩:٢٥]
25) Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!

وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ [٦٩:٢٦]
26) Hesabımdan da xəbərim olmayaydı!

يَـٰلَيْتَهَا كَانَتِ ٱلْقَاضِيَةَ [٦٩:٢٧]
27) Kaş ilk ölümüm həmişəlik olaydı!

مَآ أَغْنَىٰ عَنِّى مَالِيَهْ ۜ [٦٩:٢٨]
28) Var-dövlətim məni əzabdan qurtarmadı.

هَلَكَ عَنِّى سُلْطَـٰنِيَهْ [٦٩:٢٩]
29) Hökmranlığım da məhv olub getdi”.

خُذُوهُ فَغُلُّوهُ [٦٩:٣٠]
30) Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!

ثُمَّ ٱلْجَحِيمَ صَلُّوهُ [٦٩:٣١]
31) Sonra da Cəhənnəmə atın!

ثُمَّ فِى سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَٱسْلُكُوهُ [٦٩:٣٢]
32) Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

إِنَّهُۥ كَانَ لَا يُؤْمِنُ بِٱللَّهِ ٱلْعَظِيمِ [٦٩:٣٣]
33) Çünki o, Böyük Allaha iman gətirmirdi,

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ [٦٩:٣٤]
34) və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.

فَلَيْسَ لَهُ ٱلْيَوْمَ هَـٰهُنَا حَمِيمٌ [٦٩:٣٥]
35) Bu gün burada onun üçün bir dost tapılmaz.

وَلَا طَعَامٌ إِلَّا مِنْ غِسْلِينٍ [٦٩:٣٦]
36) Qanlı irindən başqa yeməyi də yoxdur.

لَّا يَأْكُلُهُۥٓ إِلَّا ٱلْخَـٰطِـُٔونَ [٦٩:٣٧]
37) Onu ancaq günahkarlar yeyər”.

فَلَآ أُقْسِمُ بِمَا تُبْصِرُونَ [٦٩:٣٨]
38) And içirəm həm gördüklərinizə

وَمَا لَا تُبْصِرُونَ [٦٩:٣٩]
39) və həm də görmədiklərinizə!

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ [٦٩:٤٠]
40) Bu, möhtərəm bir Elçinin sözüdür.

وَمَا هُوَ بِقَوْلِ شَاعِرٍ ۚ قَلِيلًا مَّا تُؤْمِنُونَ [٦٩:٤١]
41) O, şair sözü deyildir! Necə də az inanırsınız!

وَلَا بِقَوْلِ كَاهِنٍ ۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ [٦٩:٤٢]
42) O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ [٦٩:٤٣]
43) O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!

وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ ٱلْأَقَاوِيلِ [٦٩:٤٤]
44) Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,

لَأَخَذْنَا مِنْهُ بِٱلْيَمِينِ [٦٩:٤٥]
45) Biz onu sağ əlindən yaxalayar,

ثُمَّ لَقَطَعْنَا مِنْهُ ٱلْوَتِينَ [٦٩:٤٦]
46) sonra da şah damarını kəsərdik.

فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَـٰجِزِينَ [٦٩:٤٧]
47) İçərinizdən heç kəs buna mane ola bilməzdi.

وَإِنَّهُۥ لَتَذْكِرَةٌ لِّلْمُتَّقِينَ [٦٩:٤٨]
48) Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.

وَإِنَّا لَنَعْلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ [٦٩:٤٩]
49) Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!

وَإِنَّهُۥ لَحَسْرَةٌ عَلَى ٱلْكَـٰفِرِينَ [٦٩:٥٠]
50) Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.

وَإِنَّهُۥ لَحَقُّ ٱلْيَقِينِ [٦٩:٥١]
51) Sözsüz ki, bu Quran əsl həqiqətdir.

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ [٦٩:٥٢]
52) Elə isə Böyük Rəbbinin adına təriflər de!