68) Qaləm Surəsi
"Qələm" surəsi, 52 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ نٓ ۚ وَٱلْقَلَمِ وَمَا يَسْطُرُونَ [٦٨:١]
1) Nun. And olsun qələmə və qələmə alınanlara!

مَآ أَنتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُونٍ [٦٨:٢]
2) Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.

وَإِنَّ لَكَ لَأَجْرًا غَيْرَ مَمْنُونٍ [٦٨:٣]
3) Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ [٦٨:٤]
4) Həqiqətən də, sən böyük əxlaq sahibisən!

فَسَتُبْصِرُ وَيُبْصِرُونَ [٦٨:٥]
5) Sən də görəcəksən, onlar da –

بِأَييِّكُمُ ٱلْمَفْتُونُ [٦٨:٦]
6) hansınızın dəli olduğunu.

إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ [٦٨:٧]
7) Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.

فَلَا تُطِعِ ٱلْمُكَذِّبِينَ [٦٨:٨]
8) Elə isə haqqı yalan sayanlara güzəştə getmə.

وَدُّوا۟ لَوْ تُدْهِنُ فَيُدْهِنُونَ [٦٨:٩]
9) Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.

وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِينٍ [٦٨:١٠]
10) İtaət etmə hər tez-tez and içənə, alçağa,

هَمَّازٍ مَّشَّآءٍۭ بِنَمِيمٍ [٦٨:١١]
11) qeybət edənə, dedi-qodu yayana,

مَّنَّاعٍ لِّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ [٦٨:١٢]
12) xeyrə mane olana, həddi aşana, günahkara,

عُتُلٍّۭ بَعْدَ ذَ‌ٰلِكَ زَنِيمٍ [٦٨:١٣]
13) daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –

أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ [٦٨:١٤]
14) o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.

إِذَا تُتْلَىٰ عَلَيْهِ ءَايَـٰتُنَا قَالَ أَسَـٰطِيرُ ٱلْأَوَّلِينَ [٦٨:١٥]
15) Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər.

سَنَسِمُهُۥ عَلَى ٱلْخُرْطُومِ [٦٨:١٦]
16) Biz onun burnuna damğa vuracağıq.

إِنَّا بَلَوْنَـٰهُمْ كَمَا بَلَوْنَآ أَصْحَـٰبَ ٱلْجَنَّةِ إِذْ أَقْسَمُوا۟ لَيَصْرِمُنَّهَا مُصْبِحِينَ [٦٨:١٧]
17) Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər

وَلَا يَسْتَثْنُونَ [٦٨:١٨]
18) və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).

فَطَافَ عَلَيْهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمْ نَآئِمُونَ [٦٨:١٩]
19) Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.

فَأَصْبَحَتْ كَٱلصَّرِيمِ [٦٨:٢٠]
20) Bağ yanıb zülmət gecə kimi qapqara oldu.

فَتَنَادَوْا۟ مُصْبِحِينَ [٦٨:٢١]
21) Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:

أَنِ ٱغْدُوا۟ عَلَىٰ حَرْثِكُمْ إِن كُنتُمْ صَـٰرِمِينَ [٦٨:٢٢]
22) “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”

فَٱنطَلَقُوا۟ وَهُمْ يَتَخَـٰفَتُونَ [٦٨:٢٣]
23) Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:

أَن لَّا يَدْخُلَنَّهَا ٱلْيَوْمَ عَلَيْكُم مِّسْكِينٌ [٦٨:٢٤]
24) “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”

وَغَدَوْا۟ عَلَىٰ حَرْدٍ قَـٰدِرِينَ [٦٨:٢٥]
25) Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.

فَلَمَّا رَأَوْهَا قَالُوٓا۟ إِنَّا لَضَآلُّونَ [٦٨:٢٦]
26) Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!

بَلْ نَحْنُ مَحْرُومُونَ [٦٨:٢٧]
27) Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”

قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُل لَّكُمْ لَوْلَا تُسَبِّحُونَ [٦٨:٢٨]
28) Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”

قَالُوا۟ سُبْحَـٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَـٰلِمِينَ [٦٨:٢٩]
29) Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”

فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَـٰوَمُونَ [٦٨:٣٠]
30) Onlar dönüb bir-birlərini qınamağa başladılar

قَالُوا۟ يَـٰوَيْلَنَآ إِنَّا كُنَّا طَـٰغِينَ [٦٨:٣١]
31) və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!

عَسَىٰ رَبُّنَآ أَن يُبْدِلَنَا خَيْرًا مِّنْهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَ‌ٰغِبُونَ [٦٨:٣٢]
32) Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.

كَذَ‌ٰلِكَ ٱلْعَذَابُ ۖ وَلَعَذَابُ ٱلْءَاخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا۟ يَعْلَمُونَ [٦٨:٣٣]
33) Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!

إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّـٰتِ ٱلنَّعِيمِ [٦٨:٣٤]
34) Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.

أَفَنَجْعَلُ ٱلْمُسْلِمِينَ كَٱلْمُجْرِمِينَ [٦٨:٣٥]
35) Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?

مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ [٦٨:٣٦]
36) Sizə nə olub, necə hökm verirsiniz?

أَمْ لَكُمْ كِتَـٰبٌ فِيهِ تَدْرُسُونَ [٦٨:٣٧]
37) Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?

إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ [٦٨:٣٨]
38) Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?

أَمْ لَكُمْ أَيْمَـٰنٌ عَلَيْنَا بَـٰلِغَةٌ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ [٦٨:٣٩]
39) Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?

سَلْهُمْ أَيُّهُم بِذَ‌ٰلِكَ زَعِيمٌ [٦٨:٤٠]
40) Onlardan soruş ki, kim buna zamin duracaqdır?

أَمْ لَهُمْ شُرَكَآءُ فَلْيَأْتُوا۟ بِشُرَكَآئِهِمْ إِن كَانُوا۟ صَـٰدِقِينَ [٦٨:٤١]
41) Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.

يَوْمَ يُكْشَفُ عَن سَاقٍ وَيُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسْتَطِيعُونَ [٦٨:٤٢]
42) Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –

خَـٰشِعَةً أَبْصَـٰرُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا۟ يُدْعَوْنَ إِلَى ٱلسُّجُودِ وَهُمْ سَـٰلِمُونَ [٦٨:٤٣]
43) onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.

فَذَرْنِى وَمَن يُكَذِّبُ بِهَـٰذَا ٱلْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُم مِّنْ حَيْثُ لَا يَعْلَمُونَ [٦٨:٤٤]
44) Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.

وَأُمْلِى لَهُمْ ۚ إِنَّ كَيْدِى مَتِينٌ [٦٨:٤٥]
45) Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.

أَمْ تَسْـَٔلُهُمْ أَجْرًا فَهُم مِّن مَّغْرَمٍ مُّثْقَلُونَ [٦٨:٤٦]
46) Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?

أَمْ عِندَهُمُ ٱلْغَيْبُ فَهُمْ يَكْتُبُونَ [٦٨:٤٧]
47) Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?

فَٱصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ [٦٨:٤٨]
48) Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.

لَّوْلَآ أَن تَدَ‌ٰرَكَهُۥ نِعْمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلْعَرَآءِ وَهُوَ مَذْمُومٌ [٦٨:٤٩]
49) Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.

فَٱجْتَبَـٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ [٦٨:٥٠]
50) Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.

وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُوا۟ لَيُزْلِقُونَكَ بِأَبْصَـٰرِهِمْ لَمَّا سَمِعُوا۟ ٱلذِّكْرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجْنُونٌ [٦٨:٥١]
51) Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər.

وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَـٰلَمِينَ [٦٨:٥٢]
52) Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.