55) Rahmən Surəsi
"Mərhəmətli" surəsi, 78 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
۞
ٱلرَّحْمَـٰنُ [٥٥:١]
1) Mərhəmətli Allah
عَلَّمَ ٱلْقُرْءَانَ [٥٥:٢]
2) Quranı öyrətdi.
خَلَقَ ٱلْإِنسَـٰنَ [٥٥:٣]
3) İnsanı yaratdı,
عَلَّمَهُ ٱلْبَيَانَ [٥٥:٤]
4) ona danışmağı öyrətdi.
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ [٥٥:٥]
5) Günəş və ay müəyyən bir ölçü ilə hərəkət edir.
وَٱلنَّجْمُ وَٱلشَّجَرُ يَسْجُدَانِ [٥٥:٦]
6) Otlar da, ağaclar da səcdə edir.
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلْمِيزَانَ [٥٥:٧]
7) Allah göyü ucaltdı və tərəzini qoydu ki,
أَلَّا تَطْغَوْا۟ فِى ٱلْمِيزَانِ [٥٥:٨]
8) çəkidə həddi aşmayasınız.
وَأَقِيمُوا۟ ٱلْوَزْنَ بِٱلْقِسْطِ وَلَا تُخْسِرُوا۟ ٱلْمِيزَانَ [٥٥:٩]
9) Əşyaları tərəzidə insafla çəkin və çəkini əskiltməyin.
وَٱلْأَرْضَ وَضَعَهَا لِلْأَنَامِ [٥٥:١٠]
10) O, yeri məxluqat üçün döşədi.
فِيهَا فَـٰكِهَةٌ وَٱلنَّخْلُ ذَاتُ ٱلْأَكْمَامِ [٥٥:١١]
11) Orada meyvələr və salxımlı xurma ağacları vardır.
وَٱلْحَبُّ ذُو ٱلْعَصْفِ وَٱلرَّيْحَانُ [٥٥:١٢]
12) Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:١٣]
13) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
خَلَقَ ٱلْإِنسَـٰنَ مِن صَلْصَـٰلٍ كَٱلْفَخَّارِ [٥٥:١٤]
14) O, insanı saxsı kimi quru gildən yaratdı,
وَخَلَقَ ٱلْجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ [٥٥:١٥]
15) cinləri də təmiz oddan yaratdı.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:١٦]
16) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
رَبُّ ٱلْمَشْرِقَيْنِ وَرَبُّ ٱلْمَغْرِبَيْنِ [٥٥:١٧]
17) Allah iki məşriqin və iki məğribin Rəbbidir.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:١٨]
18) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ [٥٥:١٩]
19) O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu.
بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ [٥٥:٢٠]
20) Onların arasında maneə vardır, onu keçə bilməzlər.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٢١]
21) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يَخْرُجُ مِنْهُمَا ٱللُّؤْلُؤُ وَٱلْمَرْجَانُ [٥٥:٢٢]
22) Onlardan mirvari və mərcan çıxır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٢٣]
23) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
وَلَهُ ٱلْجَوَارِ ٱلْمُنشَـَٔاتُ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَـٰمِ [٥٥:٢٤]
24) Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٢٥]
25) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
كُلُّ مَنْ عَلَيْهَا فَانٍ [٥٥:٢٦]
26) Yer üzündə olan hər kəs ölümə məhkumdur.
وَيَبْقَىٰ وَجْهُ رَبِّكَ ذُو ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ [٥٥:٢٧]
27) Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٢٨]
28) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يَسْـَٔلُهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ كُلَّ يَوْمٍ هُوَ فِى شَأْنٍ [٥٥:٢٩]
29) Göylərdə və yerdə olan hər kəs ehtiyacı olan şeyi Ondan diləyir. O hər gün bir işdədir.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٣٠]
30) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
سَنَفْرُغُ لَكُمْ أَيُّهَ ٱلثَّقَلَانِ [٥٥:٣١]
31) Ey ağır yükü olan insan və cin tayfası! Tezliklə ancaq sizinlə məşğul olacağıq.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٣٢]
32) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يَـٰمَعْشَرَ ٱلْجِنِّ وَٱلْإِنسِ إِنِ ٱسْتَطَعْتُمْ أَن تَنفُذُوا۟ مِنْ أَقْطَارِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ فَٱنفُذُوا۟ ۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلْطَـٰنٍ [٥٥:٣٣]
33) Ey cin və insan tayfası! Əgər göylərin və yerin hüdudlarını yarıb keçə bilərsinizsə, keçin! Siz ancaq qüdrət və qüvvətlə keçə bilərsiniz.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٣٤]
34) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يُرْسَلُ عَلَيْكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ [٥٥:٣٥]
35) Sizin üstünüzə tüstüsüz alov və ərimiş mis (və ya tüstü) göndəriləcək və siz bir-birinizə kömək edə bilməyəcəksiniz.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٣٦]
36) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَٱلدِّهَانِ [٥٥:٣٧]
37) Göy yarılıb dağ edilmiş yağ (yaxud ərinmiş qurğuşun) kimi qıpqırmızı olacaqdır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٣٨]
38) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فَيَوْمَئِذٍ لَّا يُسْـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ [٥٥:٣٩]
39) O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٤٠]
40) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
يُعْرَفُ ٱلْمُجْرِمُونَ بِسِيمَـٰهُمْ فَيُؤْخَذُ بِٱلنَّوَٰصِى وَٱلْأَقْدَامِ [٥٥:٤١]
41) Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٤٢]
42) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
هَـٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِى يُكَذِّبُ بِهَا ٱلْمُجْرِمُونَ [٥٥:٤٣]
43) Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!
يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ ءَانٍ [٥٥:٤٤]
44) Onlar onunla qaynar su arasında dolanacaqlar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٤٥]
45) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ [٥٥:٤٦]
46) Rəbbinin hüzurunda durmaqdan qorxanları iki Cənnət bağı gözləyir.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٤٧]
47) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
ذَوَاتَآ أَفْنَانٍ [٥٥:٤٨]
48) İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٤٩]
49) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ [٥٥:٥٠]
50) İkisində də iki axar bulaq vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٥١]
51) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا مِن كُلِّ فَـٰكِهَةٍ زَوْجَانِ [٥٥:٥٢]
52) İkisində də hər meyvədən qoşa-qoşa vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٥٣]
53) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشٍۭ بَطَآئِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى ٱلْجَنَّتَيْنِ دَانٍ [٥٥:٥٤]
54) Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٥٥]
55) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِنَّ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ [٥٥:٥٦]
56) Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٥٧]
57) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
كَأَنَّهُنَّ ٱلْيَاقُوتُ وَٱلْمَرْجَانُ [٥٥:٥٨]
58) Onlar sanki yaqut və mərcandırlar.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٥٩]
59) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
هَلْ جَزَآءُ ٱلْإِحْسَـٰنِ إِلَّا ٱلْإِحْسَـٰنُ [٥٥:٦٠]
60) Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi?
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٦١]
61) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
وَمِن دُونِهِمَا جَنَّتَانِ [٥٥:٦٢]
62) Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٦٣]
63) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مُدْهَآمَّتَانِ [٥٥:٦٤]
64) Hər ikisi tünd yaşıldır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٦٥]
65) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا عَيْنَانِ نَضَّاخَتَانِ [٥٥:٦٦]
66) İkisində də fəvvarə vuran iki bulaq vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٦٧]
67) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِمَا فَـٰكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ [٥٥:٦٨]
68) İkisində də cürbəcür meyvələr, xurma ağacları və nar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٦٩]
69) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
فِيهِنَّ خَيْرَٰتٌ حِسَانٌ [٥٥:٧٠]
70) Orada xoş xasiyyətli, gözəl qızlar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٧١]
71) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
حُورٌ مَّقْصُورَٰتٌ فِى ٱلْخِيَامِ [٥٥:٧٢]
72) Çadırlarda gözlərini öz ərlərinə dikmiş hurilər vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٧٣]
73) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَآنٌّ [٥٥:٧٤]
74) Onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٧٥]
75) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
مُتَّكِـِٔينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِىٍّ حِسَانٍ [٥٥:٧٦]
76) Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər.
فَبِأَىِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ [٥٥:٧٧]
77) Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?
تَبَـٰرَكَ ٱسْمُ رَبِّكَ ذِى ٱلْجَلَـٰلِ وَٱلْإِكْرَامِ [٥٥:٧٨]
78) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir.