56) Vaqiə Surəsi
"Vaqiə" surəsi, 96 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

۞ إِذَا وَقَعَتِ ٱلْوَاقِعَةُ [٥٦:١]
1) Vaqiə qopacağı zaman

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ [٥٦:٢]
2) onun qopduğunu heç kəs dana bilməz.

خَافِضَةٌ رَّافِعَةٌ [٥٦:٣]
3) O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.

إِذَا رُجَّتِ ٱلْأَرْضُ رَجًّا [٥٦:٤]
4) Yer şiddətlə titrədiyi zaman,

وَبُسَّتِ ٱلْجِبَالُ بَسًّا [٥٦:٥]
5) Dağlar parça-parça olub ovxalandığı

فَكَانَتْ هَبَآءً مُّنۢبَثًّا [٥٦:٦]
6) və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,

وَكُنتُمْ أَزْوَ‌ٰجًا ثَلَـٰثَةً [٥٦:٧]
7) siz üç dəstəyə ayrılacaqsınız.

فَأَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَيْمَنَةِ [٥٦:٨]
8) Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

وَأَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ مَآ أَصْحَـٰبُ ٱلْمَشْـَٔمَةِ [٥٦:٩]
9) Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ [٥٦:١٠]
10) Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!

أُو۟لَـٰٓئِكَ ٱلْمُقَرَّبُونَ [٥٦:١١]
11) Onlar Allaha yaxın olanlar,

فِى جَنَّـٰتِ ٱلنَّعِيمِ [٥٦:١٢]
12) Nəim bağlarında qalacaq kimsələrdir.

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ [٥٦:١٣]
13) Onların çoxu əvvəlki nəsillərdən,

وَقَلِيلٌ مِّنَ ٱلْءَاخِرِينَ [٥٦:١٤]
14) az bir qismi də axırıncılardandır.

عَلَىٰ سُرُرٍ مَّوْضُونَةٍ [٥٦:١٥]
15) Onlar bəzənmiş taxtlar üstündə

مُّتَّكِـِٔينَ عَلَيْهَا مُتَقَـٰبِلِينَ [٥٦:١٦]
16) qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

يَطُوفُ عَلَيْهِمْ وِلْدَ‌ٰنٌ مُّخَلَّدُونَ [٥٦:١٧]
17) Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِّن مَّعِينٍ [٥٦:١٨]
18) çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

لَّا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنزِفُونَ [٥٦:١٩]
19) ondan başları ağrımaz və məst olmazlar,

وَفَـٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ [٥٦:٢٠]
20) bəyənib seçdikləri meyvələr

وَلَحْمِ طَيْرٍ مِّمَّا يَشْتَهُونَ [٥٦:٢١]
21) və istədikləri quş əti ilə hərlənəcəklər.

وَحُورٌ عِينٌ [٥٦:٢٢]
22) Onları iri qaragözlü hurilər gözləyir –

كَأَمْثَـٰلِ ٱللُّؤْلُؤِ ٱلْمَكْنُونِ [٥٦:٢٣]
23) sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ [٥٦:٢٤]
24) Bu, onların etdikləri əməllərin mükafatı olacaq.

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا [٥٦:٢٥]
25) Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

إِلَّا قِيلًا سَلَـٰمًا سَلَـٰمًا [٥٦:٢٦]
26) Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.

وَأَصْحَـٰبُ ٱلْيَمِينِ مَآ أَصْحَـٰبُ ٱلْيَمِينِ [٥٦:٢٧]
27) Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

فِى سِدْرٍ مَّخْضُودٍ [٥٦:٢٨]
28) Onlar tikansız sidr ağacları arasında,

وَطَلْحٍ مَّنضُودٍ [٥٦:٢٩]
29) meyvələri salxım-salxım asılmış banan ağacları altında,

وَظِلٍّ مَّمْدُودٍ [٥٦:٣٠]
30) uzanmış kölgəliklərdə,

وَمَآءٍ مَّسْكُوبٍ [٥٦:٣١]
31) daim axan sular kənarında,

وَفَـٰكِهَةٍ كَثِيرَةٍ [٥٦:٣٢]
32) çoxlu meyvələr,

لَّا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ [٥٦:٣٣]
33) tükənməz və qadağan edilməyən meyvələr içində

وَفُرُشٍ مَّرْفُوعَةٍ [٥٦:٣٤]
34) və hündür döşəklər üstündə olacaqlar.

إِنَّآ أَنشَأْنَـٰهُنَّ إِنشَآءً [٥٦:٣٥]
35) Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.

فَجَعَلْنَـٰهُنَّ أَبْكَارًا [٥٦:٣٦]
36) Onları bakirə qızlar edəcəyik –

عُرُبًا أَتْرَابًا [٥٦:٣٧]
37) ərlərini sevən, həmyaşıdlar.

لِّأَصْحَـٰبِ ٱلْيَمِينِ [٥٦:٣٨]
38) Bunlar sağ tərəf sahibləri üçündür.

ثُلَّةٌ مِّنَ ٱلْأَوَّلِينَ [٥٦:٣٩]
39) Onların çoxu əvvəlki nəsillərdən,

وَثُلَّةٌ مِّنَ ٱلْءَاخِرِينَ [٥٦:٤٠]
40) bir qismi də axırıncılardandır.

وَأَصْحَـٰبُ ٱلشِّمَالِ مَآ أَصْحَـٰبُ ٱلشِّمَالِ [٥٦:٤١]
41) Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

فِى سَمُومٍ وَحَمِيمٍ [٥٦:٤٢]
42) Onlar qızmar yel və qaynar su içində,

وَظِلٍّ مِّن يَحْمُومٍ [٥٦:٤٣]
43) qapqara duman kölgəsində olacaqlar.

لَّا بَارِدٍ وَلَا كَرِيمٍ [٥٦:٤٤]
44) Bu duman nə sərin, nə də xoşagələndir.

إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَ‌ٰلِكَ مُتْرَفِينَ [٥٦:٤٥]
45) Onlar bundan əvvəl cah-calal içində idilər,

وَكَانُوا۟ يُصِرُّونَ عَلَى ٱلْحِنثِ ٱلْعَظِيمِ [٥٦:٤٦]
46) böyük günah işlətməkdə israr edirdilər

وَكَانُوا۟ يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَـٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ [٥٦:٤٧]
47) və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?

أَوَءَابَآؤُنَا ٱلْأَوَّلُونَ [٥٦:٤٨]
48) Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”

قُلْ إِنَّ ٱلْأَوَّلِينَ وَٱلْءَاخِرِينَ [٥٦:٤٩]
49) De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَـٰتِ يَوْمٍ مَّعْلُومٍ [٥٦:٥٠]
50) bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.

ثُمَّ إِنَّكُمْ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلْمُكَذِّبُونَ [٥٦:٥١]
51) Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!

لَءَاكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ [٥٦:٥٢]
52) Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

فَمَالِـُٔونَ مِنْهَا ٱلْبُطُونَ [٥٦:٥٣]
53) qarınlarınızı onunla dolduracaqsınız,

فَشَـٰرِبُونَ عَلَيْهِ مِنَ ٱلْحَمِيمِ [٥٦:٥٤]
54) üstündən də qaynar su içəcəksiniz.

فَشَـٰرِبُونَ شُرْبَ ٱلْهِيمِ [٥٦:٥٥]
55) Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.

هَـٰذَا نُزُلُهُمْ يَوْمَ ٱلدِّينِ [٥٦:٥٦]
56) Bu onların Haqq-hesab günündəki ziyafətidir.

نَحْنُ خَلَقْنَـٰكُمْ فَلَوْلَا تُصَدِّقُونَ [٥٦:٥٧]
57) Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?

أَفَرَءَيْتُم مَّا تُمْنُونَ [٥٦:٥٨]
58) Axıtdığınız nütfəni gördünüzmü?

ءَأَنتُمْ تَخْلُقُونَهُۥٓ أَمْ نَحْنُ ٱلْخَـٰلِقُونَ [٥٦:٥٩]
59) Onu siz yaradırsınız, yoxsa Biz?

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ ٱلْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ [٥٦:٦٠]
60) Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمْثَـٰلَكُمْ وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ [٥٦:٦١]
61) Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

وَلَقَدْ عَلِمْتُمُ ٱلنَّشْأَةَ ٱلْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ [٥٦:٦٢]
62) Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?

أَفَرَءَيْتُم مَّا تَحْرُثُونَ [٥٦:٦٣]
63) Əkdiyinizi gördünüzmü?

ءَأَنتُمْ تَزْرَعُونَهُۥٓ أَمْ نَحْنُ ٱلزَّ‌ٰرِعُونَ [٥٦:٦٤]
64) Onu siz bitirirsiniz, yoxsa Biz?

لَوْ نَشَآءُ لَجَعَلْنَـٰهُ حُطَـٰمًا فَظَلْتُمْ تَفَكَّهُونَ [٥٦:٦٥]
65) Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,

إِنَّا لَمُغْرَمُونَ [٥٦:٦٦]
66) və deyərdiniz: “Biz ziyana uğradıq.

بَلْ نَحْنُ مَحْرُومُونَ [٥٦:٦٧]
67) Daha doğrusu nemətlərdən məhrum olduq!”

أَفَرَءَيْتُمُ ٱلْمَآءَ ٱلَّذِى تَشْرَبُونَ [٥٦:٦٨]
68) İçdiyiniz suyu gördünüzmü?

ءَأَنتُمْ أَنزَلْتُمُوهُ مِنَ ٱلْمُزْنِ أَمْ نَحْنُ ٱلْمُنزِلُونَ [٥٦:٦٩]
69) Onu buluddan siz endirirsiniz, yoxsa Biz?

لَوْ نَشَآءُ جَعَلْنَـٰهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ [٥٦:٧٠]
70) Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?

أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ [٥٦:٧١]
71) Yandırdığınız odu gördünüzmü?

ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ [٥٦:٧٢]
72) Onun ağacını siz yaradırsınız, yoxsa Biz?

نَحْنُ جَعَلْنَـٰهَا تَذْكِرَةً وَمَتَـٰعًا لِّلْمُقْوِينَ [٥٦:٧٣]
73) Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ [٥٦:٧٤]
74) Elə isə Ulu Rəbbinin adına təriflər de!

۞ فَلَآ أُقْسِمُ بِمَوَ‌ٰقِعِ ٱلنُّجُومِ [٥٦:٧٥]
75) Ulduzların batdığı yerlərə and olsun!

وَإِنَّهُۥ لَقَسَمٌ لَّوْ تَعْلَمُونَ عَظِيمٌ [٥٦:٧٦]
76) Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.

إِنَّهُۥ لَقُرْءَانٌ كَرِيمٌ [٥٦:٧٧]
77) Həqiqətən, bu, ehtirama layiq Qurandır,

فِى كِتَـٰبٍ مَّكْنُونٍ [٥٦:٧٨]
78) qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).

لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلْمُطَهَّرُونَ [٥٦:٧٩]
79) Ona yalnız pak olanlar toxunur.

تَنزِيلٌ مِّن رَّبِّ ٱلْعَـٰلَمِينَ [٥٦:٨٠]
80) O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

أَفَبِهَـٰذَا ٱلْحَدِيثِ أَنتُم مُّدْهِنُونَ [٥٦:٨١]
81) Siz bu kəlamı yalan sayırsınız?

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ [٥٦:٨٢]
82) Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?

فَلَوْلَآ إِذَا بَلَغَتِ ٱلْحُلْقُومَ [٥٦:٨٣]
83) Can boğaza yetişdiyi zaman –

وَأَنتُمْ حِينَئِذٍ تَنظُرُونَ [٥٦:٨٤]
84) həmin an siz can verən adama baxırsınız.

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنكُمْ وَلَـٰكِن لَّا تُبْصِرُونَ [٥٦:٨٥]
85) Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.

فَلَوْلَآ إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ [٥٦:٨٦]
86) Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

تَرْجِعُونَهَآ إِن كُنتُمْ صَـٰدِقِينَ [٥٦:٨٧]
87) və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?

فَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُقَرَّبِينَ [٥٦:٨٨]
88) Amma əgər o, Allaha yaxın olanlardandırsa,

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ [٥٦:٨٩]
89) onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.

وَأَمَّآ إِن كَانَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ [٥٦:٩٠]
90) Əgər o, sağ tərəf sahiblərindəndirsə,

فَسَلَـٰمٌ لَّكَ مِنْ أَصْحَـٰبِ ٱلْيَمِينِ [٥٦:٩١]
91) ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir.

وَأَمَّآ إِن كَانَ مِنَ ٱلْمُكَذِّبِينَ ٱلضَّآلِّينَ [٥٦:٩٢]
92) Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,

فَنُزُلٌ مِّنْ حَمِيمٍ [٥٦:٩٣]
93) onun ziyafəti qaynar su olacaq,

وَتَصْلِيَةُ جَحِيمٍ [٥٦:٩٤]
94) özü də Cəhənnəmdə yanacaqdır.

إِنَّ هَـٰذَا لَهُوَ حَقُّ ٱلْيَقِينِ [٥٦:٩٥]
95) Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.

فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ [٥٦:٩٦]
96) Elə isə Ulu Rəbbinin adına təriflər de!