51) Zəriyət Surəsi
"Toz-torpağı səpələyənlər" surəsi, 60 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلذَّٰرِيَـٰتِ ذَرْوًا [٥١:١]
1) And olsun toz-torpağı ətrafa səpələyənlərə!
فَٱلْحَـٰمِلَـٰتِ وِقْرًا [٥١:٢]
2) And olsun yağmur yükü daşıyanlara!
فَٱلْجَـٰرِيَـٰتِ يُسْرًا [٥١:٣]
3) And olsun asanlıqla üzüb gedənlərə!
فَٱلْمُقَسِّمَـٰتِ أَمْرًا [٥١:٤]
4) And olsun işləri paylaşdıranlara!
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ [٥١:٥]
5) Sizə vəd olunanlar həqiqətdir.
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٌ [٥١:٦]
6) Haqq-hesab da mütləq çəkiləcəkdir.
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْحُبُكِ [٥١:٧]
7) And olsun gözəl görünüşü olan səmaya!
إِنَّكُمْ لَفِى قَوْلٍ مُّخْتَلِفٍ [٥١:٨]
8) Sizin sözləriniz ziddiyyətlidir.
يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ [٥١:٩]
9) Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.
قُتِلَ ٱلْخَرَّٰصُونَ [٥١:١٠]
10) Məhv olsun yalançılar!
ٱلَّذِينَ هُمْ فِى غَمْرَةٍ سَاهُونَ [٥١:١١]
11) O kəslər ki, cəhalət içində olan qafillərdir.
يَسْـَٔلُونَ أَيَّانَ يَوْمُ ٱلدِّينِ [٥١:١٢]
12) Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.
يَوْمَ هُمْ عَلَى ٱلنَّارِ يُفْتَنُونَ [٥١:١٣]
13) O gün onlara odda əzab veriləcəkdir.
ذُوقُوا۟ فِتْنَتَكُمْ هَـٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ [٥١:١٤]
14) Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”
إِنَّ ٱلْمُتَّقِينَ فِى جَنَّـٰتٍ وَعُيُونٍ [٥١:١٥]
15) Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا۟ قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ [٥١:١٦]
16) öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.
كَانُوا۟ قَلِيلًا مِّنَ ٱلَّيْلِ مَا يَهْجَعُونَ [٥١:١٧]
17) Onlar gecələr ibadət edib az yatırdılar.
وَبِٱلْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ [٥١:١٨]
18) Sübh çağı isə bağışlanma diləyirdilər.
وَفِىٓ أَمْوَٰلِهِمْ حَقٌّ لِّلسَّآئِلِ وَٱلْمَحْرُومِ [٥١:١٩]
19) Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.
وَفِى ٱلْأَرْضِ ءَايَـٰتٌ لِّلْمُوقِنِينَ [٥١:٢٠]
20) Qəti inananlar üçün yer üzündə dəlillər vardır.
وَفِىٓ أَنفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ [٥١:٢١]
21) Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?
وَفِى ٱلسَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ [٥١:٢٢]
22) Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ إِنَّهُۥ لَحَقٌّ مِّثْلَ مَآ أَنَّكُمْ تَنطِقُونَ [٥١:٢٣]
23) Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.
هَلْ أَتَىٰكَ حَدِيثُ ضَيْفِ إِبْرَٰهِيمَ ٱلْمُكْرَمِينَ [٥١:٢٤]
24) İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?
إِذْ دَخَلُوا۟ عَلَيْهِ فَقَالُوا۟ سَلَـٰمًا ۖ قَالَ سَلَـٰمٌ قَوْمٌ مُّنكَرُونَ [٥١:٢٥]
25) Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.
فَرَاغَ إِلَىٰٓ أَهْلِهِۦ فَجَآءَ بِعِجْلٍ سَمِينٍ [٥١:٢٦]
26) O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.
فَقَرَّبَهُۥٓ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ [٥١:٢٧]
27) Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.
فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا۟ لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَـٰمٍ عَلِيمٍ [٥١:٢٨]
28) O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.
فَأَقْبَلَتِ ٱمْرَأَتُهُۥ فِى صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ [٥١:٢٩]
29) Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”
قَالُوا۟ كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُۥ هُوَ ٱلْحَكِيمُ ٱلْعَلِيمُ [٥١:٣٠]
30) Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”
(27)
۞
قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا ٱلْمُرْسَلُونَ [٥١:٣١]
31) İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”
قَالُوٓا۟ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمٍ مُّجْرِمِينَ [٥١:٣٢]
32) Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,
لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِّن طِينٍ [٥١:٣٣]
33) onların üstünə gildən daşlar yağdıraq –
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلْمُسْرِفِينَ [٥١:٣٤]
34) həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”
فَأَخْرَجْنَا مَن كَانَ فِيهَا مِنَ ٱلْمُؤْمِنِينَ [٥١:٣٥]
35) Biz orada olan möminləri o kənddən çıxartdıq.
فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِّنَ ٱلْمُسْلِمِينَ [٥١:٣٦]
36) Amma orada bir evdən başqa müsəlman tapmadıq.
وَتَرَكْنَا فِيهَآ ءَايَةً لِّلَّذِينَ يَخَافُونَ ٱلْعَذَابَ ٱلْأَلِيمَ [٥١:٣٧]
37) Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
وَفِى مُوسَىٰٓ إِذْ أَرْسَلْنَـٰهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَـٰنٍ مُّبِينٍ [٥١:٣٨]
38) Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
فَتَوَلَّىٰ بِرُكْنِهِۦ وَقَالَ سَـٰحِرٌ أَوْ مَجْنُونٌ [٥١:٣٩]
39) O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi.
فَأَخَذْنَـٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَـٰهُمْ فِى ٱلْيَمِّ وَهُوَ مُلِيمٌ [٥١:٤٠]
40) Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
وَفِى عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ ٱلرِّيحَ ٱلْعَقِيمَ [٥١:٤١]
41) Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.
مَا تَذَرُ مِن شَىْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَٱلرَّمِيمِ [٥١:٤٢]
42) O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.
وَفِى ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا۟ حَتَّىٰ حِينٍ [٥١:٤٣]
43) Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
فَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمْ يَنظُرُونَ [٥١:٤٤]
44) Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.
فَمَا ٱسْتَطَـٰعُوا۟ مِن قِيَامٍ وَمَا كَانُوا۟ مُنتَصِرِينَ [٥١:٤٥]
45) Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.
وَقَوْمَ نُوحٍ مِّن قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا فَـٰسِقِينَ [٥١:٤٦]
46) Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.
وَٱلسَّمَآءَ بَنَيْنَـٰهَا بِأَيْي۟دٍ وَإِنَّا لَمُوسِعُونَ [٥١:٤٧]
47) Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
وَٱلْأَرْضَ فَرَشْنَـٰهَا فَنِعْمَ ٱلْمَـٰهِدُونَ [٥١:٤٨]
48) Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!
وَمِن كُلِّ شَىْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ [٥١:٤٩]
49) Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.
فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ [٥١:٥٠]
50) De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!
وَلَا تَجْعَلُوا۟ مَعَ ٱللَّهِ إِلَـٰهًا ءَاخَرَ ۖ إِنِّى لَكُم مِّنْهُ نَذِيرٌ مُّبِينٌ [٥١:٥١]
51) Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبْلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُوا۟ سَاحِرٌ أَوْ مَجْنُونٌ [٥١:٥٢]
52) Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
أَتَوَاصَوْا۟ بِهِۦ ۚ بَلْ هُمْ قَوْمٌ طَاغُونَ [٥١:٥٣]
53) Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.
فَتَوَلَّ عَنْهُمْ فَمَآ أَنتَ بِمَلُومٍ [٥١:٥٤]
54) Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.
وَذَكِّرْ فَإِنَّ ٱلذِّكْرَىٰ تَنفَعُ ٱلْمُؤْمِنِينَ [٥١:٥٥]
55) Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
وَمَا خَلَقْتُ ٱلْجِنَّ وَٱلْإِنسَ إِلَّا لِيَعْبُدُونِ [٥١:٥٦]
56) Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.
مَآ أُرِيدُ مِنْهُم مِّن رِّزْقٍ وَمَآ أُرِيدُ أَن يُطْعِمُونِ [٥١:٥٧]
57) Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلْقُوَّةِ ٱلْمَتِينُ [٥١:٥٨]
58) Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
فَإِنَّ لِلَّذِينَ ظَلَمُوا۟ ذَنُوبًا مِّثْلَ ذَنُوبِ أَصْحَـٰبِهِمْ فَلَا يَسْتَعْجِلُونِ [٥١:٥٩]
59) Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!
فَوَيْلٌ لِّلَّذِينَ كَفَرُوا۟ مِن يَوْمِهِمُ ٱلَّذِى يُوعَدُونَ [٥١:٦٠]
60) Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!