77) Mursəlat Surəsi
"Göndərilənlər" surəsi, 50 ayə,
Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا [٧٧:١]
1) And olsun xeyirlə göndərilənlərə
فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا [٧٧:٢]
2) və şiddətlə əsənlərə!
وَٱلنَّـٰشِرَٰتِ نَشْرًا [٧٧:٣]
3) And olsun Allahın əmrini yaydıqca yayanlara,
فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا [٧٧:٤]
4) haqqı nahaqdan ayırdıqca ayıranlara
فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا [٧٧:٥]
5) və zikri çatdıranlara –
عُذْرًا أَوْ نُذْرًا [٧٧:٦]
6) üzr diləmək və ya qorxutmaq üçün çatdıranlara!
إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ [٧٧:٧]
7) Sizə vəd edilmiş Qiyamət mütləq vaqe olacaqdır.
فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ [٧٧:٨]
8) Ulduzlar sönəcəyi zaman;
وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ [٧٧:٩]
9) Göy yarılacağı zaman;
وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ [٧٧:١٠]
10) Dağlar dağılacağı zaman;
وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ [٧٧:١١]
11) Elçilərə vaxt təyin olunacağı zaman –
لِأَىِّ يَوْمٍ أُجِّلَتْ [٧٧:١٢]
12) deyiləcəkdir: “Bunlara verilmiş möhlət hansı günə qədərdir?”
لِيَوْمِ ٱلْفَصْلِ [٧٧:١٣]
13) Deyiləcəkdir: “Ayırd etmə gününədək!”
وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ [٧٧:١٤]
14) Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:١٥]
15) Qiyaməti yalan sayanların o Gün vay halına!
أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ [٧٧:١٦]
16) Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
ثُمَّ نُتْبِعُهُمُ ٱلْءَاخِرِينَ [٧٧:١٧]
17) Sonrakıları da onlara qatacağıq.
كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ [٧٧:١٨]
18) Biz günah sahibləri ilə belə davranırıq.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:١٩]
19) Qiyaməti yalan sayanların o gün vay halına!
أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ [٧٧:٢٠]
20) Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
فَجَعَلْنَـٰهُ فِى قَرَارٍ مَّكِينٍ [٧٧:٢١]
21) Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
إِلَىٰ قَدَرٍ مَّعْلُومٍ [٧٧:٢٢]
22) məlum bir vaxta kimi?
فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَـٰدِرُونَ [٧٧:٢٣]
23) Biz nütfəni yaratmağa qadir olduq. Nə gözəl Qadir olanlarıq Biz!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٢٤]
24) Qiyaməti yalan sayanların o gün vay halına!
أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا [٧٧:٢٥]
25) Məgər Biz yeri məskən etmədikmi –
أَحْيَآءً وَأَمْوَٰتًا [٧٧:٢٦]
26) dirilər və ölülərə?
وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَـٰمِخَـٰتٍ وَأَسْقَيْنَـٰكُم مَّآءً فُرَاتًا [٧٧:٢٧]
27) Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٢٨]
28) Qiyaməti yalan sayanların o gün vay halına!
ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ [٧٧:٢٩]
29) Onlara belə deyiləcək: “Gedin yalan hesab etdiyiniz Cəhənnəmə!
ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّ ذِى ثَلَـٰثِ شُعَبٍ [٧٧:٣٠]
30) Üç qola ayrılan kölgəliyə gedin!”
لَّا ظَلِيلٍ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ [٧٧:٣١]
31) Ora nə kölgə salır, nə də alovdan qoruyur.
إِنَّهَا تَرْمِى بِشَرَرٍ كَٱلْقَصْرِ [٧٧:٣٢]
32) Cəhənnəm hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
كَأَنَّهُۥ جِمَـٰلَتٌ صُفْرٌ [٧٧:٣٣]
33) Onlar sanki sarı dəvələrdir.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٣٤]
34) Qiyaməti yalan sayanların o gün vay halına!
هَـٰذَا يَوْمُ لَا يَنطِقُونَ [٧٧:٣٥]
35) Bu, günahkarların danışa bilməyəcəkləri bir gündür.
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ [٧٧:٣٦]
36) Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٣٧]
37) Qiyaməti yalan sayanların o gün vay halına!
هَـٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَـٰكُمْ وَٱلْأَوَّلِينَ [٧٧:٣٨]
38) Bu gün, haqqı batildən ayırd etmə günüdür. Ey kafirlər! Biz həm sizi, həm də əvvəlkiləri bir yerə cəm etdik!
فَإِن كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ [٧٧:٣٩]
39) Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٤٠]
40) Qiyaməti yalan sayanların o gün vay halına!
إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَـٰلٍ وَعُيُونٍ [٧٧:٤١]
41) Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ [٧٧:٤٢]
42) və istədikləri meyvələr içində olacaqlar.
كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ [٧٧:٤٣]
43) Onlara deyiləcək: “Xeyirxah əməllərinizə görə nuşcanlıqla yeyin-için!
إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ [٧٧:٤٤]
44) Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٤٥]
45) Qiyaməti yalan sayanların o gün vay halına!
كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ [٧٧:٤٦]
46) Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٤٧]
47) O gün Qiyaməti yalan sayanların vay halına!
وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ [٧٧:٤٨]
48) Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
وَيْلٌ يَوْمَئِذٍ لِّلْمُكَذِّبِينَ [٧٧:٤٩]
49) O gün haqqı yalan sayanların vay halına!
فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ [٧٧:٥٠]
50) Onlar bu Qurandan sonra hansı sözə inanacaqlar?