105) Fil Surəsi
"Fil" surəsi, 5 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِأَصْحَـٰبِ ٱلْفِيلِ [١٠٥:١]
1) Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?

أَلَمْ يَجْعَلْ كَيْدَهُمْ فِى تَضْلِيلٍ [١٠٥:٢]
2) Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?

وَأَرْسَلَ عَلَيْهِمْ طَيْرًا أَبَابِيلَ [١٠٥:٣]
3) Onların üzərinə qatar-qatar quşlar göndərdi.

تَرْمِيهِم بِحِجَارَةٍ مِّن سِجِّيلٍ [١٠٥:٤]
4) O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.

فَجَعَلَهُمْ كَعَصْفٍ مَّأْكُولٍۭ [١٠٥:٥]
5) Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.