104) Huməzə Surəsi
"Tənə edən" surəsi, 9 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ [١٠٤:١]
1) Hər bir qeybət edənin, tənə vuranın vay halına!

ٱلَّذِى جَمَعَ مَالًا وَعَدَّدَهُۥ [١٠٤:٢]
2) O şəxs ki, mal-dövlət toplayıb onu təkrar-təkrar sayır

يَحْسَبُ أَنَّ مَالَهُۥٓ أَخْلَدَهُۥ [١٠٤:٣]
3) və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.

كَلَّا ۖ لَيُنۢبَذَنَّ فِى ٱلْحُطَمَةِ [١٠٤:٤]
4) Xeyr! O, mütləq Hutəməyə atılacaqdır.

وَمَآ أَدْرَىٰكَ مَا ٱلْحُطَمَةُ [١٠٤:٥]
5) Sən haradan biləsən ki, Hutəmə nədir?

نَارُ ٱللَّهِ ٱلْمُوقَدَةُ [١٠٤:٦]
6) Bu, Allahın qaladığı Oddur.

ٱلَّتِى تَطَّلِعُ عَلَى ٱلْأَفْـِٔدَةِ [١٠٤:٧]
7) O Od ki, qalxıb ürəklərə çatacaq.

إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ [١٠٤:٨]
8) Həqiqətən, o Od onların üzərində qapanacaqdır.

فِى عَمَدٍ مُّمَدَّدَةٍۭ [١٠٤:٩]
9) Özləri də orada yüksək dirəklərə bağlanmış olacaqlar.