44) Duxan Surəsi
"Tüstü" surəsi, 59 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

حمٓ [٤٤:١]
1) Ha. Mim.

وَٱلْكِتَـٰبِ ٱلْمُبِينِ [٤٤:٢]
2) And olsun bu aydın Kitaba!

إِنَّآ أَنزَلْنَـٰهُ فِى لَيْلَةٍ مُّبَـٰرَكَةٍ ۚ إِنَّا كُنَّا مُنذِرِينَ [٤٤:٣]
3) Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.

فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ [٤٤:٤]
4) Hər bir hikmətli iş o gecədə ayırd edilir –

أَمْرًا مِّنْ عِندِنَآ ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ [٤٤:٥]
5) dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –

رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ [٤٤:٦]
6) sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

رَبِّ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَآ ۖ إِن كُنتُم مُّوقِنِينَ [٤٤:٧]
7) Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.

لَآ إِلَـٰهَ إِلَّا هُوَ يُحْىِۦ وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ ءَابَآئِكُمُ ٱلْأَوَّلِينَ [٤٤:٨]
8) Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.

بَلْ هُمْ فِى شَكٍّ يَلْعَبُونَ [٤٤:٩]
9) Lakin onlar şəkkə qapılıb əylənirlər.

فَٱرْتَقِبْ يَوْمَ تَأْتِى ٱلسَّمَآءُ بِدُخَانٍ مُّبِينٍ [٤٤:١٠]
10) Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.

يَغْشَى ٱلنَّاسَ ۖ هَـٰذَا عَذَابٌ أَلِيمٌ [٤٤:١١]
11) O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.

رَّبَّنَا ٱكْشِفْ عَنَّا ٱلْعَذَابَ إِنَّا مُؤْمِنُونَ [٤٤:١٢]
12) Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər.

أَنَّىٰ لَهُمُ ٱلذِّكْرَىٰ وَقَدْ جَآءَهُمْ رَسُولٌ مُّبِينٌ [٤٤:١٣]
13) Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,

ثُمَّ تَوَلَّوْا۟ عَنْهُ وَقَالُوا۟ مُعَلَّمٌ مَّجْنُونٌ [٤٤:١٤]
14) onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.

إِنَّا كَاشِفُوا۟ ٱلْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَآئِدُونَ [٤٤:١٥]
15) Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.

يَوْمَ نَبْطِشُ ٱلْبَطْشَةَ ٱلْكُبْرَىٰٓ إِنَّا مُنتَقِمُونَ [٤٤:١٦]
16) Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.

۞ وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَآءَهُمْ رَسُولٌ كَرِيمٌ [٤٤:١٧]
17) Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.

أَنْ أَدُّوٓا۟ إِلَىَّ عِبَادَ ٱللَّهِ ۖ إِنِّى لَكُمْ رَسُولٌ أَمِينٌ [٤٤:١٨]
18) O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.

وَأَن لَّا تَعْلُوا۟ عَلَى ٱللَّهِ ۖ إِنِّىٓ ءَاتِيكُم بِسُلْطَـٰنٍ مُّبِينٍ [٤٤:١٩]
19) Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.

وَإِنِّى عُذْتُ بِرَبِّى وَرَبِّكُمْ أَن تَرْجُمُونِ [٤٤:٢٠]
20) Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.

وَإِن لَّمْ تُؤْمِنُوا۟ لِى فَٱعْتَزِلُونِ [٤٤:٢١]
21) Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”

فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوْمٌ مُّجْرِمُونَ [٤٤:٢٢]
22) Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”

فَأَسْرِ بِعِبَادِى لَيْلًا إِنَّكُم مُّتَّبَعُونَ [٤٤:٢٣]
23) Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.

وَٱتْرُكِ ٱلْبَحْرَ رَهْوًا ۖ إِنَّهُمْ جُندٌ مُّغْرَقُونَ [٤٤:٢٤]
24) Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”

كَمْ تَرَكُوا۟ مِن جَنَّـٰتٍ وَعُيُونٍ [٤٤:٢٥]
25) Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

وَزُرُوعٍ وَمَقَامٍ كَرِيمٍ [٤٤:٢٦]
26) Habelə əkinlər, möhtəşəm yerlər

وَنَعْمَةٍ كَانُوا۟ فِيهَا فَـٰكِهِينَ [٤٤:٢٧]
27) və içində həzz aldıqları nemətləri də qoyub getdilər.

كَذَ‌ٰلِكَ ۖ وَأَوْرَثْنَـٰهَا قَوْمًا ءَاخَرِينَ [٤٤:٢٨]
28) Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.

فَمَا بَكَتْ عَلَيْهِمُ ٱلسَّمَآءُ وَٱلْأَرْضُ وَمَا كَانُوا۟ مُنظَرِينَ [٤٤:٢٩]
29) Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.

وَلَقَدْ نَجَّيْنَا بَنِىٓ إِسْرَ‌ٰٓءِيلَ مِنَ ٱلْعَذَابِ ٱلْمُهِينِ [٤٤:٣٠]
30) Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

مِن فِرْعَوْنَ ۚ إِنَّهُۥ كَانَ عَالِيًا مِّنَ ٱلْمُسْرِفِينَ [٤٤:٣١]
31) Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.

وَلَقَدِ ٱخْتَرْنَـٰهُمْ عَلَىٰ عِلْمٍ عَلَى ٱلْعَـٰلَمِينَ [٤٤:٣٢]
32) Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.

وَءَاتَيْنَـٰهُم مِّنَ ٱلْءَايَـٰتِ مَا فِيهِ بَلَـٰٓؤٌا۟ مُّبِينٌ [٤٤:٣٣]
33) Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.

إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ [٤٤:٣٤]
34) Bunlar mütləq deyəcəklər:

إِنْ هِىَ إِلَّا مَوْتَتُنَا ٱلْأُولَىٰ وَمَا نَحْنُ بِمُنشَرِينَ [٤٤:٣٥]
35) “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.

فَأْتُوا۟ بِـَٔابَآئِنَآ إِن كُنتُمْ صَـٰدِقِينَ [٤٤:٣٦]
36) Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”

أَهُمْ خَيْرٌ أَمْ قَوْمُ تُبَّعٍ وَٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ أَهْلَكْنَـٰهُمْ ۖ إِنَّهُمْ كَانُوا۟ مُجْرِمِينَ [٤٤:٣٧]
37) Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.

وَمَا خَلَقْنَا ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا لَـٰعِبِينَ [٤٤:٣٨]
38) Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.

مَا خَلَقْنَـٰهُمَآ إِلَّا بِٱلْحَقِّ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ [٤٤:٣٩]
39) Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.

إِنَّ يَوْمَ ٱلْفَصْلِ مِيقَـٰتُهُمْ أَجْمَعِينَ [٤٤:٤٠]
40) Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

يَوْمَ لَا يُغْنِى مَوْلًى عَن مَّوْلًى شَيْـًٔا وَلَا هُمْ يُنصَرُونَ [٤٤:٤١]
41) O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.

إِلَّا مَن رَّحِمَ ٱللَّهُ ۚ إِنَّهُۥ هُوَ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ [٤٤:٤٢]
42) Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ [٤٤:٤٣]
43) Həqiqətən, zəqqum ağacı

طَعَامُ ٱلْأَثِيمِ [٤٤:٤٤]
44) günahkar adamın yeməyidir.

كَٱلْمُهْلِ يَغْلِى فِى ٱلْبُطُونِ [٤٤:٤٥]
45) Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

كَغَلْىِ ٱلْحَمِيمِ [٤٤:٤٦]
46) qaynar su qaynayan kimi.

خُذُوهُ فَٱعْتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلْجَحِيمِ [٤٤:٤٧]
47) Onu tutub Cəhənnəmin ortasına sürüyün!

ثُمَّ صُبُّوا۟ فَوْقَ رَأْسِهِۦ مِنْ عَذَابِ ٱلْحَمِيمِ [٤٤:٤٨]
48) Sonra əzab vermək üçün başına qaynar su tökün!

ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ [٤٤:٤٩]
49) Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.

إِنَّ هَـٰذَا مَا كُنتُم بِهِۦ تَمْتَرُونَ [٤٤:٥٠]
50) Sizin şübhə etdiyiniz əzab budur!

إِنَّ ٱلْمُتَّقِينَ فِى مَقَامٍ أَمِينٍ [٤٤:٥١]
51) Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –

فِى جَنَّـٰتٍ وَعُيُونٍ [٤٤:٥٢]
52) bağçalarda və çeşmələr başında olacaqlar!

يَلْبَسُونَ مِن سُندُسٍ وَإِسْتَبْرَقٍ مُّتَقَـٰبِلِينَ [٤٤:٥٣]
53) Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

كَذَ‌ٰلِكَ وَزَوَّجْنَـٰهُم بِحُورٍ عِينٍ [٤٤:٥٤]
54) Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.

يَدْعُونَ فِيهَا بِكُلِّ فَـٰكِهَةٍ ءَامِنِينَ [٤٤:٥٥]
55) Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

لَا يَذُوقُونَ فِيهَا ٱلْمَوْتَ إِلَّا ٱلْمَوْتَةَ ٱلْأُولَىٰ ۖ وَوَقَىٰهُمْ عَذَابَ ٱلْجَحِيمِ [٤٤:٥٦]
56) Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –

فَضْلًا مِّن رَّبِّكَ ۚ ذَ‌ٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ [٤٤:٥٧]
57) sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.

فَإِنَّمَا يَسَّرْنَـٰهُ بِلِسَانِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ [٤٤:٥٨]
58) Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.

فَٱرْتَقِبْ إِنَّهُم مُّرْتَقِبُونَ [٤٤:٥٩]
59) Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.