107) Maun Surəsi
"Xırda-xuruş" surəsi, 7 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

أَرَءَيْتَ ٱلَّذِى يُكَذِّبُ بِٱلدِّينِ [١٠٧:١]
1) Dini yalan sayan o kimsəni gördünmü?

فَذَ‌ٰلِكَ ٱلَّذِى يَدُعُّ ٱلْيَتِيمَ [١٠٧:٢]
2) O elə adamdır ki, yetimi qovar

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلْمِسْكِينِ [١٠٧:٣]
3) və heç kəsi kasıba əl tutmağa sövq etməz.

فَوَيْلٌ لِّلْمُصَلِّينَ [١٠٧:٤]
4) Vay halına namaz qılanların –

ٱلَّذِينَ هُمْ عَن صَلَاتِهِمْ سَاهُونَ [١٠٧:٥]
5) o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.

ٱلَّذِينَ هُمْ يُرَآءُونَ [١٠٧:٦]
6) Onlar riyakardırlar

وَيَمْنَعُونَ ٱلْمَاعُونَ [١٠٧:٧]
7) və az bir şey verməkdən belə imtina edirlər.