102) Təkəsur Surəsi
"Çoxluğa hərislik" surəsi, 8 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ [١٠٢:١]
1) Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,

حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ [١٠٢:٢]
2) gömülməklə qəbirləri ziyarət etdiniz.

كَلَّا سَوْفَ تَعْلَمُونَ [١٠٢:٣]
3) Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ [١٠٢:٤]
4) Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ [١٠٢:٥]
5) Xeyr! Kaş ki, yəqin biləydiniz.

لَتَرَوُنَّ ٱلْجَحِيمَ [١٠٢:٦]
6) Siz Cəhənnəmi mütləq görəcəksiniz!

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ [١٠٢:٧]
7) Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!

ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ [١٠٢:٨]
8) Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.