100) Adiyat Surəsi
"Çapanlar" surəsi, 11 ayə, Məkkədə nazil olub.
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ

وَٱلْعَـٰدِيَـٰتِ ضَبْحًا [١٠٠:١]
1) And olsun tövşüyə-tövşüyə çapanlara!

فَٱلْمُورِيَـٰتِ قَدْحًا [١٠٠:٢]
2) And olsun dırnaqları ilə qığılcım çıxaranlara!

فَٱلْمُغِيرَ‌ٰتِ صُبْحًا [١٠٠:٣]
3) And olsun sübh çağı həmlə edənlərə ki,

فَأَثَرْنَ بِهِۦ نَقْعًا [١٠٠:٤]
4) hücuma keçib tozanaq qaldıraraq

فَوَسَطْنَ بِهِۦ جَمْعًا [١٠٠:٥]
5) qoşunun içərisinə soxulurlar.

إِنَّ ٱلْإِنسَـٰنَ لِرَبِّهِۦ لَكَنُودٌ [١٠٠:٦]
6) Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.

وَإِنَّهُۥ عَلَىٰ ذَ‌ٰلِكَ لَشَهِيدٌ [١٠٠:٧]
7) Özü də bunun şahididir.

وَإِنَّهُۥ لِحُبِّ ٱلْخَيْرِ لَشَدِيدٌ [١٠٠:٨]
8) Həqiqətən, o, var-dövlətə çox hərisdir.

۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِى ٱلْقُبُورِ [١٠٠:٩]
9) Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı

وَحُصِّلَ مَا فِى ٱلصُّدُورِ [١٠٠:١٠]
10) və kökslərdə olanlar aşkar ediləcəyi zaman –

إِنَّ رَبَّهُم بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيرٌۢ [١٠٠:١١]
11) məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?